BolgeXeber.Com » Xəbərlər » Rafil Hüseynovun villası və oğlunun yeni fotoları yayıldı - İLGİNC

Rafil Hüseynovun villası və oğlunun yeni fotoları yayıldı - İLGİNC

16-11-2015, 10:54
Oxunub: 5 284 Rafil Hüseynovun villası və oğlunun yeni fotoları yayıldı - İLGİNCMasallının icra başçısı Rafil Hüseynovun oğlu Şəhriyarın bu yaxınlarda yayılan fotolarından sonra onunla bağlı durum dəyişməyə başlayıb

JAM.AZ xəbər verir ki, bahalı gecə klublarından birində çəkdirdiyi fotoları ilə gündəmə gələn icra başçısının oğlu, əslində, atasına da ciddi problem yaşatmağa başlayıb.

Ötən günlərdə bəzi mətbuat orqanlarında yayılan məlumatlarda iddia olunurdu ki, artıq Rafil Hüseynov oğlu məsələsi ilə əlaqədar Prezident Admnistrasiyasına dəvət olunub və ona dövlət başçısının məmurlar və onların övladları ilə bağlı xəbərdarlığı xatırladılıb. Hətta belə bir bilgi var ki, yaxın həftələr içində icra başçısı vəzifəsindən alınacaq.

Bu əsnada redaksiyaya daha iki fotoşəkil daxil olub. Həmin fotoşəkillərdən biri Rafil Hüseynova, digəri isə onun oğluna məxsusdur. Belə ki, fotolardan birində Novxanıda inşa edilmiş villanın təsviri var. Nofəl Fərəcov tərəfindən yayımlanmış həmin fotoda bahalı villanın heç də ucuz başa gəlmədiyi vurğulanır və iddia edilir ki, Masallının icra başçısı bu tikiliyə 5 milyon manat xərc çəkib.

İkinci foto isə Rafil Hüseynovun oğlu Şəhriyar Hüseynovla bağlıdır. Bu dəfə də onun başqa bir gecə klubunda dostları ilə necə əyləndiyi əks olunub.

Verilən bir başqa məlumatda isə iddia olunur ki, Rafil Hüseynov artıq Masallıdakı obyektlərini satışa çıxarıb. Məlumatı verən Nofəl Arzumanoğlu qeyd edib ki, bu obyektlərin satışa çıxarılmasının səbəbi icra başçısının işdən çıxarılacağının qətiləşməsi ilə bağlıdır.

Qarşı tərəfi də dinləməyə hazırıq.
Bolgexeber.com
Rafil Hüseynovun villası və oğlunun yeni fotoları yayıldı - İLGİNC
Rafil Hüseynovun villası və oğlunun yeni fotoları yayıldı - İLGİNC
Rafil Hüseynovun villası və oğlunun yeni fotoları yayıldı - İLGİNC
Rafil Hüseynovun villası və oğlunun yeni fotoları yayıldı - İLGİNC