BolgeXeber.Com » Xəbərlər » “BEAT Group” azərbaycanlıları təhqir edir – ŞOK

“BEAT Group” azərbaycanlıları təhqir edir – ŞOK

16-11-2015, 13:35
Oxunub: 4 414 “BEAT Group” azərbaycanlıları təhqir edir – ŞOKBakıda fəaliyyət göstərən "BEAT Group” reklam və dizayn şirkəti Azərbaycan dilindən imtina edib

VİZUAL.az xəbər verir ki, şirkət sosial şəbəkələrdə PR-ını belə xarici dillərdə aparır, Azərbaycan dilində müraciətlərə isə ümumiyyətlə cavab vermir.
Şirkətin ölkəmizə və dilimizə qarşı bu hörmətsizliyi barədə Səadət Abdullazadə şikayət edib. Onun sözlərinə görə, şirkətin rəsmi İnstaqram səhifəsinə məsələ ilə bağlı narazılığını bildirib. Daha sonra istifadəçini "Bloka” atan şirkət işçiləri onun sualını cavabsız qoyub:
""BEAT Group” reklam və dizayn şirkəti İnstaqram hesabında bir paylaşım etmişdi. Maraqlı gəldi. Bütün paylaşımlarını rus dilində edirlər. Paylaşım rus dilində olduğu üçün başa düşmədiyimdən altına "siz Azərbaycan dilli insanlara xitab etmək istəmirsiniz? Azərbaycan dilli müştərilər qazanmaq istəmirsiniz?” yazdım. Dünən axşam İnstaqramda olarkən birdən fikir verdim ki, səhifəmdə heç yemək şəkili filan yoxdur. "BEAT Group”un səhifəsini axtardım tapa bilmədim. Başqa hesabdan axtardıq. Gördük var, amma mənim şərhimi silib və məni "blok” ediblər. Ümumiyyətlə bu nə deməkdir?! Şərhdə söyüş yox, təhqir yox. Bir azərbaycanlı öz ölkəsində öz dili barədə sual verir, reklam şirkəti isə onu "blok”layır. Kimin harda imkanı çatırsa, ağzını yummağa çalışır”.
Qeyd edək ki, bu şikayət sözügedən şirkətlə bağlı ilk deyil. Azərbaycan Respublikasının dil haqqında qanununu kobud şəkildə pozan bir şirkət haqqında hüquq-mühafizə orqanları ciddi tədbirlər görməlidir.
Bolgexeber.com