BolgeXeber.Com » Xəbərlər » İlham Əliyev din xadimlərini təltif etdi

İlham Əliyev din xadimlərini təltif etdi

16-11-2015, 15:18
Oxunub: 2 790 İlham Əliyev din xadimlərini təltif etdiPrezident İlham Əliyev din xadimlərinin və dini icma rəhbərlərinin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında sərəncam imzalayıb

Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Beynəlxalq tolerantlıq günü münasibətilə, Azərbaycanda multikultural ənənələrin və dinlərarası münasibətlərin inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsinlər:

Allahşükür Hümmət oğlu Paşazadə

Aleksandr Gennadyeviç İşein

Vladimir Fekete

Milix İlxananoviç Yevdayev

Gennadi Konstantinoviç Zelmanoviç

Robert Baqratoviç Mobili".