BolgeXeber.Com » Şou-Biznes » “Mənimlə bağlı prezidentə yalan məlumat veriblər” - Nazpəri

“Mənimlə bağlı prezidentə yalan məlumat veriblər” - Nazpəri

18-11-2015, 21:02
Oxunub: 3 530 “Mənimlə bağlı prezidentə yalan məlumat veriblər” - NazpəriXalq artisti Nazpəri Dostəliyeva media nümayəndələrini bir araya toplayaraq mətbuat konfransı keçirib

Konfransda iştirak edən əməkdaşının verdiyi məlumata görə, xalq artisti kanalların ona qoyduğu qadağadan danışıb:

"Mən vətənimi, prezidentimi, ailəsini çox sevirəm. Prezidentim mənə əməkdar, xalq artisti adını verib. Prezidentimizin ətrafında olan bəzi məmurlar ona yalan məlumat veriblər, mənə böhtanlar atılıb. Kanal rəhbərləri bildirir ki, mənə qadağa qoymayıblar. Lakin ANS-dən başqa digər kanalların qorxaqlığı və başqalarının sözləri ilə oturub durmaqları mənim efirdən uzaqlaşmağıma səbəb olub. 3 ildir ki, kanallara buraxılmıram. Mən mərhum prezidentimiz Heydər Əliyevin özəl məclislərində çıxış etmişəm, prezidentimiz mənə dəyər verib. Vətənimin bir övladının toyunda iştirak etdiyim üçün mənə böhtanlar atıldı. Bu məsələ siyasiləşdirildi, böyüdüldü. Lakin mən vətənimi, dövlətimi, xalqımı sevirəm. Jurnalistlərdən xahiş edirəm ki, kanallara buraxılmamağımın səbəbini araşdırsınlar. Onların buna haqqı, hüququ var".
Qeyd edək ki, Nazpəri Dostəliyeva 2013-cü ilin aprel ayında Müsavatın sabiq başqanı İsa Qəmbərin oğlu İlkin Qəmbərin toy mərasimində iştirak etmişdi.
Bolgexeber.com