BolgeXeber.Com » Dünya » PKK terror təşkilatına ağır zərbə vuruldu

PKK terror təşkilatına ağır zərbə vuruldu

6-04-2012, 12:20
Oxunub: 4 203 Xüsusi təyinatlı 7 polisin şəhid olduğu Cudidə PKK başçısı Bahoz Ərdalın ən əhəmiyyətli iki nəfərini itirdiyi bildirilir

Bolgexeber.com-un verdiyi məlumata görə, Türkiyənin "Bu gün" qəzeti yanvar ayından bu yana səsi çıxmayan Bahoz Ərdal kod adlı PKK rəhbəri Fehman Hüseyn barədə məqalə dərc edib. Əmrindəki terroristlərə davamlı şəkildə qanlı aksiya təlimatları verən Bahozun intiqam nitqlərinin sirri açılıb. Qəzetdə dərc olunan "Bahozun "qollarını" kəsdilər!" adlı məqalədə Bahozla əlaqədar əhəmiyyətli məsələlər var.

Məqalədə bildirilir ki, 4 yanvar tarixindən bu yana səsi çıxmayan Bahoz Ərdal ötən gün ortaya çıxıb. Hakkarinin cənubundakı PKK düşərgələrində olan Ərdal radiorabitə vasitəsiylə intiqam çağırışları edib. Hətta, "Qar, qış bəhanəsi eşitmək istəmirəm. Mağaralarda heç kim qalmayacaq. 3-4 nəfərlik qruplarla hücum edin", - dediyi məlum olub. Bahozun müalicə olub ortaya çıxması, Hakkaridən kənarındakı düşərgələrdə görünməsinin sirri isə 7 şəhidin verildiyi Cudi əməliyyatıdır.

Çünki o əməliyyatda Bahoz Ərdalın sağ qolu sayılan Sadiq kod adlı PKK-çı öldürülüb. Yenə Bahozun qərargah heyətindən və eyni zamanda Sadiqin də köməkçisi olan Rəfiq də öldürülüb. 8 PKK-çının öldürüldüyü, birinin isə canlı saxlanıldığı Cudi əməliyyatında ölənlərdən Torhildan, Sason və Firatda PKK-nın xüsusi qüvvələri sayılan birliklərindəndir.