Baloğlan Əşrəfov: Haqqımı halal etmirəm...
23-11-2015, 12:48
Oxunub: 4 494
“Mahnılarım uzun illərdir xarici müğənnilər tərəfindən mənimsənilir”
Bu sözləri əməkdar artist Baloğlan Əşrəfov mahnılarının əcnəbi müğənnilər tərəfindən müəllifi göstərilmədən ifa edilməsi ilə bağlı axar.az-a danışarkən deyib. Müğənni bu kimi halların dəfələrlə təkrarlandığını bildirib: "Mənim mahnılarımı ayrı-ayrı millətlərdən olan müğənnilər ifa ediblər. Bəziləri müəllifi göstərsə də, məndən halallıq alsa da, əksəriyyəti bunu etməyib. Türkiyəli müğənnilər - Sərdar Ortac və Mahsun Qırmızıgül mahnılarımı ifa etmədən öncə mənimlə əlaqə saxlayıb, icazə istədilər. Mən də onlara dedim ki, oxuyun, halal xoşunuz olsun.
Bir mahnımı iki gənc müğənni də oxuyub, adlarını unutmuşam, onlar da müəllifi göstərmədən ifa ediblər. O gənclər hətta mahnılarıma klip də çəkdiriblər. Amma müəllif yerinə "anonim" yazıblar. Bundan başqa, bir türk müğənni mənim "Alagöz" mahnımı bir xanımla duet oxumuşdu. O da eyni cür - müəllifi göstərməmişdi. Bu haqsızlıqdır. Bir özbək müğənnisi var - adı Zeynəbdir. O, mənim mahnımı oxuyub, amma adımı qeyd etməyib. Mən belə insanlara haqqımı halal etmirəm".
Bolgexeber.com
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə