BolgeXeber.Com » Siyasət » Erməni mətbuatinin müdafiə etdiyi deputatliğa namizəd

Erməni mətbuatinin müdafiə etdiyi deputatliğa namizəd

25-10-2010, 15:05
Oxunub: 6 010 Düşmən ölkənin saytı Məhəmməd Nooyevin dezinformasiyalarına geniş yer ayırıb

Bu günlərdə Ermənistanın Panorama.am saytı Dağıstanda nəşr olunan «Novoe delo» (“Yeni iş”) nəşrində çıxan bir məqaləni yayınlayıb. Qaynar.info xəbər verir ki, məqalə bu ilin noyabrın 7-də Azərbaycanda keçiriləcək parlamet seçkilərinə həsr olunub. Məqalə müəllifi 1990-cı ildən üzü bəri Azərbaycanda keçirilmiş parlament seçkilərinə «özünəməxsus» bir şəkildə ekskurs edir və Azərbaycanda yaşayan milli azlıqların, konkret desək respublikanın şimal bölgələrində yaşayan dağıstandilli xalqların nümayəndələrinin hüquqlarının pozulması (guya) hallarına diqqəti cəlb etməyə çalışır. Heç bir mənbəyə və fakta istinad etməyən müəllifin qənaətinə görə, «bu bölgədə əhalinin böyük əksəriyyətini dağıstandillilər təşkil etsə də, həmişə azsaylı Azərbaycan türklərini təmsil edən namizədlər qeydə alınır və MM-ə deputat seçilir. Çox güman ki, bu ilki seçkilərdə də belə olacaq».

Əvvəla maraqlıdır ki, illərdən bəri etnik təmizləmə siyasəti yeridən və bu gün faktik olaraq monoetnik bir dövlətə çevrilən Ermənistan KİV-i Dağıstan mətbuatında nəşr olunan bir məqaləni bütün təfərrüatları ilə öz səhifələrində dərc etməklə nə məqsəd güdür? Azərbaycanda yaşayan milli azlıqların «problemlərinə» böyük həvəslə yer ayıran bu ölkənin mətbuatı bu cür dezinformasiyaları, heç bir əsası olmayan cızmaqaraları yaymaqla nəyə nail olmaq istəyirlər.

Yazıda digər maraqlı məqam ermənilərin də böyük "səxavətlə" yer ayırdığı yazıda 109 saylı Balakən seçki dairəsindən deputatlığa namizəd Məhəmməd Nooyevin ciddi şəkildə müdafiə olunması, guya onun namizədliyi üçün maneələrin yaradıldığının qeyd olunmasıdır. Məqalənin ruhundan, orada əksini tapan məqamlardan aydın olur ki, məlum dezinformasiyaları, ölkəmizdə separatçılığa dəstək verən bu informasiyaları mətbuata elə ermənilərin böyük canfəşanlıqla müdafiə etdiyi, adını həvəslə hallandırdığı deputatlığa namizəd Məhəmməd Nooevin özü ötürüb. Erməni mətbuatının M.Nooyevin açıq şəkildə müdafiə olunduğu bu yazını geniş bir formada dərc etməsi həqiqətən diqqətçəkən məqamdır. Çünki seçkinin gedişində bir sıra namizədlər əsaslı-əsasız səbəblərdən narazılıq ifadə edirlər, amma onların heç birinə Ermənistan mətbuatından dəstək gəlmir.

Hər halda, demokratik seçki şəraitində məğlubiyyətini əvvəlcədən görən Məhəmməd Nooev yalnız bu yolla özünü təmizə çıxarmağa, məğlubiyyətinin əsil səbəblərini ört-basdır etməyə çalışıb. Amma çox böyük səhv edib. Çünki həm Məhəmməd Nooev, həm də ermənilər bilməlidirlər ki, Azərbaycanda seckilərin taleyini milli mənsubiyyət deyil, namizədlərin siyasi potensialı və seçicilərin səsi həll edir. Və bütün dünya, o cümlədən Nooevin çox sevdiyi ermənilər də yaxşı bilir ki, Azərbaycanda bu sahədə hər hansı bir digər problem yoxdur. Bu baxımdan ölkəmizdə hamıya nümunə ola biləcək bir siyasi şərait formalaşıb. /QayNar/