BolgeXeber.Com » İdman » "Qarabağ"ın ev, "Qəbələ"nin səfər sınağı

"Qarabağ"ın ev, "Qəbələ"nin səfər sınağı

26-11-2015, 11:38
Oxunub: 3 512 "Qarabağ"ın ev, "Qəbələ"nin səfər sınağıBu gün UEFA Avropa Liqasının qrup mərhələsində V turun oyunları keçiriləcək

Bolgexeber.com apasport.az-a istinadən xəbər verir ki, təmsilçilərimiz "Qarabağ" və "Qəbələ" növbəti oyunlarına çıxacaqlar.

Ağdamlıların rəqibi İngiltərə təmsilçisi "Tottenhem" olacaq. Qurban Qurbanovun yetirmələri bu oyunda xal itirəcəkləri təqdirdə qrupdan çıxmaq şanslarını itirə bilərlər. Qrupun digər oyununda "Monako" qalib gələcəyi halda, hər hansı büdrəmə "köhlən atlar" üçün yolun sonu olacaq. "Qarabağ" heyətində bir neçə zədəli futbolçusu olmasına baxmayaraq doğma meydan amilinə və azarkeş dəstəyinə güvənərək qələbə qazanmaq əzmindədir.

Səfərdə PAOK-la qarşılaşacaq bürünc mükafatçımız "Qəbələ" tarixində ilk səfər qələbəsini qazanmalıdır. Çünki 1/16 şansları çox az olan Roman Qriqorçukun yetirmələri bunu bacarmasa, növbəti mərhələ arzularından erkən əl çəkməli olacaq. Ancaq qrupdakı vəziyyətdə hər şey təmsilçimizin əlində deyil. İşlərin plana uyğun getməsi üçün "Borussiya"nın səfərdə "Krasnodar"ı məğlub etməsi də lazımdır. Ancaq bu halda "qırmızı-qaralar"ın taleyi öz əlində olacaq. Belə ki, hər iki oyunda qonaqlar qələbə qazansa, qrup ikincisi Bakıdakı həlledici qarşılaşmada bəlli olacaq.
UEFA Avropa Liqası, qrup mərhələsi
V tur
26 noyabr
22:00. “Qarabağ” (Azərbaycan) - “Tottenhem” (İngiltərə)
Tofiq Bəhramov adına Respublika stadionu

00:05. PAOK (Yunanıstan) – “Qəbələ” (Azərbaycan)
Saloniki. “Tumba” stadionu