BolgeXeber.Com » Dünya » Əhalisi intihar edən ölkələrin siyahısı açıqlandı

Əhalisi intihar edən ölkələrin siyahısı açıqlandı

8-04-2012, 12:30
Oxunub: 4 053 Dünya Səhiyyə Təşkilatı intihar hadisələri ilə bağlı ölkələrin siyahısını açıqlayıb.

Siyahıya görə, Cənubi Qafqaz ölkələrində ən çox intihar hadisəsi Gürcüstanda qeydə alınıb. “Qafqazinfo”nun məlumatına görə, bu ölkədə hər 100 min nəfərdən 8,8 öz həyatına qəsd edir. Bu rəqəm Ermənistanda 3,9 olub.

Cənubi Qafqaz ölkələri sırasında ən sonda Azərbaycan durur. Azərbaycanda hər 100 min nəfərdən 1,3-ü intihar edib.

İntihar hadisəsinin sayına görə keçmiş Sovet respublikaları arasında Litva birinci yerdədir. Bu ölkədə hər 100 min nəfərdən 71,7-si özünə qəsd edib. Sonrakı yerləri Rusiya (64,3) və Belarus (57,5) bölüşür.

Dünya ölkələri arasında intihar hadisələrinin ən aşağı göstəriciləri İranda, Haitidə, Yamaykada və Cənubi Afrikada qeydə alınıb.