BolgeXeber.Com » İdman » “Qarabağ” məğlub oldu,“Qəbələ” PAOK-la bərabərliyə qaldı-VİDEO

“Qarabağ” məğlub oldu,“Qəbələ” PAOK-la bərabərliyə qaldı-VİDEO

27-11-2015, 10:52
Oxunub: 4 490 “Qarabağ” məğlub oldu,“Qəbələ” PAOK-la bərabərliyə qaldı-VİDEOTəmsilçimiz qrupda sonuncu pillədə qərarlaşıb

Futbol üzrə UEFA Avropa Liqasının 2015/2016-cı illər mövsümünün qrup mərhələsinin beşinci turunun oyunları keçirilib.

Futbol üzrə UEFA Avropa Liqasının 2015/2016-cı illər mövsümünün qrup mərhələsinin beşinci turunun oyunları keçirilib.

Azərbaycanı turnirdə təmsil edən “Qarabağ” Bakıda İngiltərənin “Tottenhem” klubunu qəbul edib. Oyun qonaqların minimal hesablı qələbəsi ilə bitib. Yeganə qolu matçın 78-ci dəqiqəsində Harri Keyn vurub.

Bu qrupun digər oyununda “Anderlext” səfərdə “Monakonu”i 2:0 hesabı ilə məğlub edib.

Beləliklə 4 turdan sonra qrupa 10 xalla “Tottenhem” başçılıq edir, “Anderlext” 7 xalla ikinci, “Monako” 6 xalla dördüncü, “Qarabağ” isə 4 xalla sonuncu pillədə qərarlaşıb.
Avropa Liqasının 5-ci turunda.

Azərbaycanı turnirdə təmsil edən “Qəbələ” səfərdə Yununıstanın PAOK klubunun qonağı olub.

Oyun qolsuz bərabərlik ilə bitib.Bu qrupun digər oyununda Rusiyanın “Krasnodar” klubu Dormundun “Borussiyasını” minimal hesabla məğlub edib - 1:0.

“Krasnodar” və “Borussiyanın” 10 xalı var, PAOK-un 4, “Qəbələ”nin isə iki xalı var.