BolgeXeber.Com » Xəbərlər » Nardaranın işıqları kəsildi-Son durum (FOTO)

Nardaranın işıqları kəsildi-Son durum (FOTO)

27-11-2015, 20:35
Oxunub: 2 474 Nardaranın işıqları kəsildi-Son durum (FOTO)Nardaranda vəziyyət dəyişməz olaraq qalır

Trend-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, bu gün Sabunçu rayon rəhbərliyi ilə ağsaqqallar arasında aparılan danışıqlarda ümumi məxrəcə gəlinmədiyi üçün kənd sakinləri hələ də meydanı tərk etməyiblər. Kənd sakinləri ötən gün qarşıdurma zamanı öldürülənlərin meyitlərinin kəndə gətiriləcəyini gözləyirlər.

Kənddə abonentlərin borcu olduğu üçün elektrik enerjisinin verilişi dayandırılıb. Meydana toplaşan kənd sakinləri tonqal yandıraraq ətrafına yığışıblar.

Nardaran qəsəbəsinin giriş və çıxışı dünən olduğu kimi, bu gün də ciddi nəzarətdədir, qəsəbəyə daxil olan avtomobillər yoxlanılır.Qəsəbədə elektrik enerjisinin verilişi dayandırılıb.

Faktı “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Tanrıverdi Mustafayev təsdiqləyib.

O bildirib ki, elektrik enerjisinin verilişi abonentlərin borcuna görə dayandırılıb.

T.Mustafayev qeyd edib ki, təmsil etdiyi qurum bununla bağlı bir müddət əvvəl xəbərdarlıq edib: “Biz bir neçə gün əvvəl bütün borclu abonentlərə xəbərdarlıq etmişdik. Bir daha qeyd edirik ki, borcu olan abonentlərə elektrik enerjisinin verilişi dayandırılacaq”.
Bolgexeber.com
Nardaranın işıqları kəsildi-Son durum (FOTO)
Nardaranın işıqları kəsildi-Son durum (FOTO)