BolgeXeber.Com » Siyasət » “Fənərbaxça” azarkeşlərindən Rusiyaya zərbə

“Fənərbaxça” azarkeşlərindən Rusiyaya zərbə

28-11-2015, 20:49
Oxunub: 2 631 “Fənərbaxça” azarkeşlərindən Rusiyaya zərbəFənərbaxçalı azarkeşlər kompüter və smartfonlarından “Yandex” brauzerini silməyə başlayıblar

Türkiyənin ən böyüklərindən olan “Fənərbaxça” futbol komandasının azarkeşləri ölkələri ilə Rusiya arasında başlayan təyyarə qalmaqalına laqeyd qalmayıb.
Bolgexeber.com anspress-ə istinadən bildirir ki, böhran səbəbindən “Fənərbaxça” klubu ilə Rusiyanın “Yandex” virtual axtarış sistemi arasındakı əməkdaşlıq riskə girib. Belə ki, fənərbaxçalı azarkeşlər kompüter və smartfonlarından “Yandex” brauzerini silməyə başlayıblar.
“Fənərbaxça” azarkeşlərindən Rusiyaya zərbə


“Yandex” şirkəti təxminən 1 milyona yaxın “Fənərbaxça” azarkeşi olan istifadəçisinin bu qalmaqalın təsirində qalmağını istəmir.

Şirkət daha əvvəl verdiyi açıqlamada “Fənərbaxça” azarkeşlərinin “Yandex”ə göstərdiyi rəğbət qarşısında çox təəcübləndyini, bu əməkdaşlığın uzun müddət davam etməsini arzuladığını bildirmişdi.

Artıq vəziyyətə görə ciddi şəkildə narahat olan şirkət rəsmiləri təcili iclas tələbi ilə “Fənərbaxça” rəhbərliyinə müraciət ediblər. Hazırda “Yandex” rəhbərliyi bu əməkdaşlığa ziyan dəyməməsi üçün əlindən gələni edir.