BolgeXeber.Com » İdman » “Pulunuz varsa, gәlin klubu sizә verim” - Mәnsimovdan azarkeşlәrә

“Pulunuz varsa, gәlin klubu sizә verim” - Mәnsimovdan azarkeşlәrә

29-11-2015, 11:51
Oxunub: 4 645 “Pulunuz varsa, gәlin klubu sizә verim” - Mәnsimovdan azarkeşlәrәAzarkeşlərin sosial şəbəkələrdə yaydığı məlumata görə, klub prezidenti ilə onlar arasında maraqlı dialoq yaşanıb

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Premyer Liqasının 14-cü turu çərçivəsində “Zirə” – “Xəzər Lənkəran” oyunu baş tutub.

Bolgexeber.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Xəzər Lənkəran”ın rəqibə 0:1 hesablı məğlubiyyətindən sonra XL azarkeşləri stadionun girişində klub prezidenti Mais Mənsimov, vitse-prezident Tuyqun Nadirov və Lәnkәran stadionunun direktoru Höccət Hacıyevlə qarşılaşıblar.

Azarkeşlərin sosial şəbəkələrdə yaydığı məlumata görə, klub prezidenti ilə onlar arasında maraqlı dialoq da yaşanıb:

“Azarkeşlər həmin anda “rəhbərlik istefa” şüarları səsləndirməyə başladılar. Mais Mənsimov isə gülə-gülə “puluvuz var, gəlin komandanı verim siz gedim”-, deyə azarkeşlərə səsləndi”.