BolgeXeber.Com » Bölgə » Zakir Qaralov Xaçmazda vətəndaşları qəbul edəcək

Zakir Qaralov Xaçmazda vətəndaşları qəbul edəcək

30-11-2015, 11:28
Oxunub: 3 547 Zakir Qaralov Xaçmazda vətəndaşları qəbul edəcəkBaş prokuror Zakir Qaralov cari il dekabrın 4-də saat 11:00-da Xaçmaz rayon prokurorluğunun inzibati binasında Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək

Bolgexeber.com-un məlumatına görə qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Xaçmaz şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin-437-28-79-nömrəli telefonu-və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.
Bolgexeber.com