BolgeXeber.Com » Gündəm » Gəncədə deputat qardaşının ilginc macəraları: bıçaqlanma, qalmaqal və…

Gəncədə deputat qardaşının ilginc macəraları: bıçaqlanma, qalmaqal və…

30-11-2015, 12:33
Oxunub: 2 916 Gəncədə deputat qardaşının ilginc macəraları: bıçaqlanma, qalmaqal və…“Hadisəyə səbəb Saqif Həmzəyevin həmin məhəlləyə qız dalınca getməsi olub"

Bir neçə gün bundan öncə Gəncə şəhəri Nizami rayon 38 saylı seçki dairəsindən namizədliyini irəli sürmüş və Milli Məclisin 5-ci çağırış deputatı seçilmiş Naqif Həmzəyevin qardaşı Saqif Həmzəyəvlə bağlı redaksiyamıza ilginc məlumatlar daxil olub. Bu məlumatlara keçməzdən öncə N.Həmzəyevin özü haqda da müəmmalı iddialar ortaya çıxmışdı. Bununla bağlı, Gəncənin “Nurçu namizədi YAP siyahısında” başlıqlı məqalədə bəhs etmişdik. İndi isə Gəncədəki mənbələrimizin cumhuruiyyet.az-a verdiyi məlumata görə bir müddət öncə deputat qardaşına bıçaq xəsarətləri yetirilib.
Mənbəmizin məlumatına görə, hadisə Yeni Gəncə qəsəbəsi Mehmandarov küçəsinin yaxınlığında baş verib: “Hadisəyə səbəb Saqif Həmzəyevin həmin məhəlləyə qız dalınca getməsi olub. Belə ki, məhəlləyə əvvəllər də dəfələrlə gələrək, görünür vəzifəli qardaşına arxalanaraq yekəxanalıq edən və qeyri-etik hərəkətlərə yol verən Saqif Həmzəyevə, həmin ərazidə yaşayan gənclər tərəfindən neçə dəfə xəbərdarlıq edilib. Son dəfə də maşınla gəlib məhəllədə avtoxuliqanlıq edən Həmzəyevin hərəkətləri yerli gənclərin qəzəbinə səbəb olub və gənclər onu ordan getməsini tələb ediblər. Özünü arxalı hesab edərək xəbərdalığa kobud verən Saqif Həmzəyev gözləmədiyi bir hadisə ilə qarşılaşıb. Belə ki, dava düşüb və həmin gənclər Saqif Həmzəyevə müxtəlif bədən xəsarətləri yetirməklə yanaşı bədəninin ciddi xəsarət almayacaq hissəsinə bıçaq zərbəsi də endiriblər”. Hadisə haqqında xəbər tutan zərərçəkmişin yeni deputat seçilmiş qardaşı qalmaqal yaranmasın deyə dərhal cinayəti ört basdır etməyə müvəffəq olur və faktla bağlı cinayət işi açılmır.
Mənbəmizin sözlərinə görə, Gəncədə hər kəsə məlumdur ki, millət vəkilinin qardaşı bundan öncə də tufeyli hərəkətlərinə görə cəzalanıb. Belə ki, cumhuriyyet.az-a daxil olan məlumata görə, o YAP-nın binasında orada işləyən bir qıza qarşı qeyri-etik hərəkətlər edib və qeyri-normal şəraitdə tutulubmuş. Bunu da ört basdır etməyə çalışan Naqif Həmzəyev, İcra Hakimiyyətinin 1-ci müavini işləməyindən istifadə edərək həmin xanımı vəzifə ilə mükafatlandırıb və qardaşını başqa ölkəyə göndərməyə çalışıb. Həmin qızın ad-soyadı da məlumdur, lakin etik qaydalara görə onu açıqlamağı düz hesab etmirik.
Məlumatlarla bağlı Naqif Həmzəyevlə əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı. Mövzunu diqqətdə saxlamaqla qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.