BolgeXeber.Com » Bölgə » Beyləqanda biznesmen məmur: qaçqın pulları ilə yığılan kapital

Beyləqanda biznesmen məmur: qaçqın pulları ilə yığılan kapital

30-11-2015, 15:47
Oxunub: 4 696 Beyləqanda biznesmen məmur: qaçqın pulları ilə yığılan kapitalQaçqın və Məcburi Köçkünlərin Problemləri üzrə Dövlət Komitəsinin Beyləqan nümayəndəsi bu qədər var dövləti necə əldə edib?

Ölkə prezidenti İlham Əliyev məmurlara vətəndaşları incitməmələri və qudurğanlıq, özbaşınalıq etməmələri ilə bağlı dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq bir çox məmurlar dövlət başçısının bu xəbərdarlığını qulaqardına vurmaqda davam edir. Belə ki, cumhuriyyət.az-ın elektron ünvanına Beyləqan rayonundan daxil olan məlumata görə Qaçqın və Məcburi Köçkünlərin Problemləri iş üzrə Dövlət Komitəsinin rayon üzrə nümayəndəsi Allahverdi Əzizov vətəndaşalrı incitməklə bərabər həmdə uzun illər məcburi köçkün ailələrindən istifadə edərək özünə böyük var dövlət yığıb. Məlumatı göndərən şəxs bildirir ki, Allahverdi Əzizov uzun illərdir Qaçqınkomun Beyləqan nümayəndəsi işləyir və bu neçə ildə onun əsas işi bizim hesabımza özünə yaxşı imkanlar əldə etməsdir.
Beyləqan rayonunda müvəqqəti məskunlaşmış məcburi köçkünlərə verilən yardımalrı mənimsəyərək özünə biznes quran bu məmur hətta vətəndaşları belə təhqir, təhdit etməkdən çəkinmir. Bunla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, hər il qış aylarında Allahverdi Əzizovla məcburi köçkünlər arasında münaqişə olur. Çünki Allahverdi Əzizov dövlət təərfindən məcburi köçkünlərə verilən yanacaq payını kəsir. Mənbəmiz bildirir ki, Beyləqan şəhərindəki baxçalarda və bəzi dövlət binalaırnda məskunlaşan məcburi köçkünlər neft yanacağında istifadə etmirlər. Çünki rayonda elektrik enerjisi daimidir və onlar qış aylarınd məskunlaşdıqlaır evləri elektrik peçləri ilə qızdırırlar.Bundan istifadə edən Allahverdi Əzizov məcburi köçkünlərə nefti ona satamaq təklifi edir. Qaçqınkom nümayəndəsi 1 litr nefti məcburi köçkünlərdən 30 qəpiya alaraq rayondakı yanacaqdoldurma məntəqələrinə satır. İddiaya görə Allahverdi Əzizov hər il qış aylarında təkcə yanacaq maxinasiyasından külli miqdarda qazanc əldə edir. Bu belə olmasaydı Allahverdi Əzizov biznesmen məmura çevrilməzdi.
Məlumatda qeyd olunur ki, hazırda Beyləqan Mədəniyyət evinin yanındakı parkın içindəki obyektlər Allahverdi Əzizova məxsusdur. Rayondan cumhuriyyet.az-ı məlumatlandıran mənbənin sözlərinə görə həmin obyektlər çayxana kimi fəaliyyət göstərir. Həmçinin məmur biznesmen həmin parkıda uzunmüddətli icarəyə götürüb. Məlumatda bildirilir ki, Allahverdi Əzizov məcburi köçkünlərin yardımının hesabına Beyləqan şəhərində özünə dəbdəbəli ev, Bakı şəhərində mənzil, oğluna PRADO avtomobili, özünün xarici avtomobil ivə Şahsevən kəndində dörd yol deyilən ərazidə tikinti matrealları topdan satışı mağazası var. Məlumatda qeyd edilir ki, görəsən əmək haqqısı 600 manat olmayan Allahverdi Əzizov bu qədər mal mülkü, obyekti necə əldə edib?
Məlumatı saytımızın elektron ünvanına göndərən şəxs onuda qeyd etdi ki, yaxın günlərdə sizə Allahverdi Əzizovun özünə və oğluna məxsus avtomobillərin, dəbdəbəli evinin və digər obyektlərinin fotolarını göndərəcək. Bildirək ki, aşağıdakı şəkil Allahverdi Əzizovun dörd yol yol deyilən ərazidəki tikinti matrealları mağazasının şəklidir.
Bolgexeber.com
Beyləqanda biznesmen məmur: qaçqın pulları ilə yığılan kapital