BolgeXeber.Com » Dünya » Rusiyadan Türkiyəyə daha bir qalmaqallı sanksiya - Futbolçu almayacaqlar

Rusiyadan Türkiyəyə daha bir qalmaqallı sanksiya - Futbolçu almayacaqlar

30-11-2015, 15:43
Oxunub: 2 733 Rusiyadan Türkiyəyə daha bir qalmaqallı sanksiya - Futbolçu almayacaqlarRusiya idman naziri və Futbol Federasiyasının prezidenti Vitaliy Mutko ölkəsinə Türkiyədən futbolçu transferinin dayandırdıqlarını bəyan edib.

Avropa.info xəbər verir ki, Mutko rus mətbuatına açıqlamasında Putinin imzaladığı fərmandan sonra, Türkiyədən qarşıdakı qış mövsümündə heç bir futbolçu almayacaqlarını bildirib.

"Klublarımızdan hər hansı birinin ağlına Türkiyədən oyunçu dəvət etmək gəlsə belə, bunun mümkün olmadığını dərhal anlayacaq. Gələcək üçün qəti danışmaq istəmirəm, amma yuxarıdan bizə lazımı siqnal verildi."

Hazırda Rusiyadakı klublarda oynayan yeganə türk futbolçunun "Rubin" klubunun oyunçusu Gökdəniz Karadəniz olduğunu vurğulayan idman naziri onunla bağlı məsələnin fərqli olduğunu qeyd edib.

"Onun vəziyyəti fərqlidir. Prezident fərmanında də deyildiyi kimi "Rubin" ilə köhnədən sazişi olduğu üçün qala bilər."
Bolgexeber.com