BolgeXeber.Com » Xəbərlər » Şəxsiyyət vəsiqəsinə dair yenilik: 5 manat, 25 manat, 35 manat...

Şəxsiyyət vəsiqəsinə dair yenilik: 5 manat, 25 manat, 35 manat...

1-12-2015, 10:49
Oxunub: 2 975 Şəxsiyyət vəsiqəsinə dair yenilik: 5 manat, 25 manat, 35 manat...Şəxsiyyət vəsiqəsilərilə bağlı vacib yenilik bu gündən başlayır

Daxili İşlər Nazirliyi (DİN) şəxsiyyət vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi ilə bağlı dövlət rüsumlarının məbləği barədə məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, bu il dekabrın 1-dən qüvvəyə minəcək "Dövlət rüsumu haqqında" qanunda yeni dəyişikliyə əsasən, respublika vətəndaşlarına şəxsiyyət vəsiqəsi 10 gün müddətində verildikdə və ya dəyişdirildikdə dövlət büdcəsinə 5 manat, 3 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 25 manat, 1 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə isə 35 manat məbləğində rüsum ödənilir.
Bolgexeber.com