BolgeXeber.Com » Xəbərlər » Nardaranda nə baş verir?- Nardaranın girişində zirehli texnikalar …VİDEO,FOTO(YENİLƏNİR)

Nardaranda nə baş verir?- Nardaranın girişində zirehli texnikalar …VİDEO,FOTO(YENİLƏNİR)

1-12-2015, 12:50
Oxunub: 5 318 Nardaranda nə baş verir?- Nardaranın girişində zirehli texnikalar …VİDEO,FOTO(YENİLƏNİR)Dekabrın 1-də səhər tezdən Nardaranla bağlı həyəcanlı xəbərlər yayılmağa başlayıb

Musavat.com-un əməkdaşlarının verdiyi məlumata görə, bu gün səhər saatlarında Daxili Qoşunların maşınları, həmçinin hərbi maşınlar Nardaran-Maştağa istiqamətinə hərəkət edib. Maşın karvanında təcili tibbi yardım maşınlarının da olduğu bildirilir.

Hazırda Sabunçu körpüsündən Nardarana gedən yol tamamilə bağlanıb. Kənd istiqamətində ancaq polis maşınları hərəkət edə bilir.

Qeyd edək ki, bu gün ölənlərin cənazəsi ailələrinə verilə bilər. Maşın karvanının da məhz Nardarana yollanmasının səbəbinin təhlükəsizlik tədbiri olduğu güman edilir.

Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimovun müsavat.com-a verdiyi məlumata görə, hazırda Nardaranda sakinlərin evdən çıxmasına qadağa qoyulub.

"Hazırda kənddə Daxili Qoşunların, həmçinin Daxili İşlər Nazirliyinin sərəncamında olan başqa qüvvələri var. Evlərdən çıxmağa icazə verilmir. Telefon şəbəkəsi demək olar ki, çöküb. Bizə heç bir məlumat verilmir"- deyə N.Kərimov bildirib.

Cənazələrin kəndə gətirilib-gətirilməməsindən xəbərsiz olduğunu deyən N.Kərimov qeyd edib ki, heç kimlə əlaqə də saxlaya bilmirlər: "Deyəsən, cənazələri gətirib özləri dəfn etmək istəyirlər. Amma dəqiq bilmirik. Kənd ağsaqqallarından bəzilərini də çağırıb deyiblər ki, silah varsa, verin. Kəndə gələn yollar da bağlıdır".

**
Son məlumatlara görə, Nardaran qəsəbəsinin bir qrup sakini Maştağaya gedən yolu bağlayıblar. Əllərində daş və kəsək olan insanların nəyə etiraz etdikləri məlum deyil.

***

Bu gün səhər saat 05.00 radələrindən etibarən hüquq-mühafizə orqanları Nardaran qəsəbəsində təhlükəsizlik tədbirlərini gücləndirməyə başlayıb.

Sabunçu körpüsündən Zabrat-Maştağa-Nardaran istiqamətində avtomobillərin hərəkəti birtərəfli dayandırılıb. Nardaran ətrafına xüsusi texnika cəlb olunub.

Metronun "Koroğlu" stansiyasında da təhlükəsizlik tədbirləri gücləndirilib, vətəndaşlar polis tərəfindən ciddi şəkildə yoxlanılır.(APA)

Qeyd edək ki, artıq Baş Prokurorluq, Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri Nardaran qəsəbəsində bu gün keçirilən xüsusi əməliyyatla bağlı açıqlama yayıb. Açıqlamada bildirilir ki, əllərdə qanunsuz saxlanılan odlu silahların, partlayıcı maddə və qurğuların yığılması məqsədilə bu gün saat 08.00-da qəsəbədə xüsusi əməliyyat keçirilməsinə başlanılıb. Müvafiq plana uyğun olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və nizami polis hissələrinin məhdud sayda xüsusi texnikası, şəxsi heyəti qəsəbəyə daxil olub, müəyyən edilmiş yerlərdə postlar qoyulub və hazırda xüsusi əməliyyat zonasında Baş Prokurorluğun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin istintaq-əməliyyat qrupu fəaliyyət göstərir.

Nardaranda nə baş verir?- Nardaranın girişində zirehli texnikalar …VİDEO,FOTO(YENİLƏNİR)
Nardaranda nə baş verir?- Nardaranın girişində zirehli texnikalar …VİDEO,FOTO(YENİLƏNİR)
Nardaranda nə baş verir?- Nardaranın girişində zirehli texnikalar …VİDEO,FOTO(YENİLƏNİR)