BolgeXeber.Com » İqtisadiyyat » Əmlak Komitəsində yeni TƏYİNAT

Əmlak Komitəsində yeni TƏYİNAT

1-12-2015, 13:12
Oxunub: 4 757 Əmlak Komitəsində yeni TƏYİNATƏmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) rəhbərliyindəki dəyişikliklərə aydınlıq gətirib

ƏMDK-nin İctimaiyyətlə əlaqələr və protokol şöbəsinin müdiri Qulu Xəlilov Bolgexeber.com-a bildirib ki, DƏDRX-in vəzifəsindən azad edilmiş keçmiş rəisi Məhəmməd İmanov komitənin tərkibindəki digər qurumun - İstehsal və xidmət müəssisə və obyektlərinin idarəetmə mərkəzinə (İXMM) direktor təyin edilib. Vəzifəsindən azad edilmiş DƏDRX rəisinin müavini Seymur Əliyev isə Reyestr xidmətinin 13 saylı Şirvan Ərazi idarəsinə rəis təyin olunub.