Elşad Paşasoy Masallıda görüşlərə başladı
29-10-2010, 12:10
Oxunub: 6 639
Deputatlığa namizəd Qodman və Qəriblər kəndində seçicilərlə bir araya gəldi
72 saylı Yardımlı-Masallı seçki dairəsindən deputatlığa namizəd Elşad Paşasoy dünən Masallıda ilk görüşünü keçirib. Belə ki, Paşasoy rayonun Qodman və Qəriblər kəndində seçiciləri ilə bir araya gəlib.
Deputatlığa namizədin Seçki Qərargahından verilən məlumata görə, hər iki kənddə keçirilən görüşlərə qatılan ziyalılar və müharibə verteranları ilə geniş söhbətlər edilib. Rayonun problemləri ilə bağlı aparılan müzakirələrdə deputatlığa namizəd onlarla bağlı aidiyyatı qurumlar qarşısında məsələ qaldıracağını bildirib.
Məlumatda deyilir ki, hər iki görüşdə Müsavat və AXCP-nin yerli təşkilatlarının üzvləri iştirak ediblər. Elşad Paşasoyun “Bolgexeber.com”-a verdiyi məlumata görə isə keçirilən görüş Masallı rayon Polis Şöbəsinin 20-yə yaxın əməkdaşı, o cümlədən rəis müavininin müşayəti ilə baş tutub. «Kənardan bizi izlədilər. Amma müdaxilə etmədilər. Görüşləri sakit tərzdə və insidentsiz başa vurduq».
Daha sonra Elşad bəy bidirdi ki, Masallı rayonunda qanunsuzluqlarla üzləşməsə də, Yardımlıda hər addımda hüquq pozuntuları baş verir, əngəllərlə üzləşir: “Yerli icra hakimiyyəti müxtəlif yollara əl ataraq görüşlər keçirməyimə mane olur, insanlara qarşı təzyiqlər davam edir. Mən ölkə rəhbərliyindən bu qanunsuzluqlara son qoymaq göstərişi verməsini xahiş edirəm”.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər