BolgeXeber.Com » Şou-Biznes » Bölgələrdə teatrların işi yenidən qurulur

Bölgələrdə teatrların işi yenidən qurulur

12-04-2012, 11:55
Oxunub: 4 391 Köhnə binalar bərpa edilir

Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə bölgələrdə teatrların işi yenidən qurulur. Bu barədə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev jurnalistlərə müsahibəsində məlumat verib: "Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram, Dövlət Akademik Mili Dram, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla və Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrları əsaslı təmirdən sonra istifadəyə verilib. Digər teatrlarda təmir işləri görülür. Teatrlar yenidən qurulur, bölgələrdə köhnə binalar bərpa edilir."

Nazir müavini əlavə edib ki, teatrların repertuarında və proqramlarında ciddi islahatlar aparılır. Eyni zamanda, teatrlarda çalışan gənclər xaricdə ixtisasartırma kurslarına göndərilir, onlara xarici ölkə teatrlarının təcrübəsindən istifadə etmək imkanı yaradılır.