BolgeXeber.Com » Bölgə » Tovuzda dəhşətli faciə: nənə və nəvə diri-diri yandı

Tovuzda dəhşətli faciə: nənə və nəvə diri-diri yandı

29-10-2010, 12:50
Oxunub: 5 951
Oktyabrın 28-də Tovuz rayonun Azaflı kəndində dəhşətli faciə yaşanıb.

Tovuz Rayon Polis İdarəsindən “Bolgexeber”-ə verilən məlumata görə, kənddəki birmərtəbəli evdə baş verən yanğın nəticəsində evdə olan Musayeva Bəyaz Fərman qızı (1946-cı il təvəllüdlü) və onun nəvəsi 8 yaşlı Musayev Hüseyn İlham oğlu ölüb.

Hadisəyə səbəb kimi qaz sızması göstərilir. Həmin vaxt evdə yalnız 64 yaşlı nənə ilə 8 yaşlı nəvə olub. Onlar bu gün kənd qəbiristanlığında dəfn olunacaqlar.

Faktla bağlı araşdırma başlanılıb