BolgeXeber.Com » Siyasət » Qambiya özünü İslam Respublikası elan etdi

Qambiya özünü İslam Respublikası elan etdi

12-12-2015, 17:56
Oxunub: 3 052 Qambiya özünü İslam Respublikası elan etdiQambiyanın prezidenti Yəhya Camme ölkəsini İslam Respublikası elan edib

"RİA Novosti" agentliyinin verdiyi məlumata görə, bu barədə dövlət başçısının bəyanatında bildirilir.

“Bu gündən Qambiya İslam dövlətidir” - Y.Cammenin bəyanatında belə deyilir.

Bununla belə o vurğulayıb ki, ölkə vətəndaşları istədikləri dinə etiqad edə bilərlər.

1965-ci ilədək Böyük Britaniyanın müstəmləkəsi olan Qambiyada əhalinin 90 faizi müsəlmandır.

Qeyd edək ki, indiyədək dünyada 4 İslam respublikası mövcud idi: İran, Pakistan, Əfqanıstan və Mavritaniya.

49 yaşlı Y.Camme 20 ildən artıqdır ki, Qambiyaya rəhbərlik edir. Ötən ildən etibarən ABŞ və Avropa İttifaqı insan haqlarının pozulması ilə bağlı ölkəyə maliyyə yardımını dayandırıb. Xatırladaq ki, Qambiya prezidenti ölkədə bütün qeyri-ənənəvi seksual oriyentasiyalı şəxslərin boğazlarını kəsməklə hədələyib .