BolgeXeber.Com » Xəbərlər » Rauf Mirqədirova 6 il iş verildi

Rauf Mirqədirova 6 il iş verildi

28-12-2015, 18:01
Oxunub: 2 507 Rauf Mirqədirova 6 il iş verildiBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rauf Mirqədirovun cinayət işi üzrə məhkəmə başa çatıb

“Report”un xəbərinə görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən qapalı prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə R.Mirqədirov 6 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir.
Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı çıxışında Rauf Mirqədirovun 7 il azadlıqdan məhrum edilməsini istəyib. Prokuror hakimdən jurnalistin işinə Cinayət Məcəlləsinin 62-ci (Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsinin təsdiqlənməsini, bununla da onun işinin yüngüləşdirilməsini istəyib.
Qeyd edək ki, R.Mirqədirov ötən ilin aprel ayında Türkiyədə saxlanılıb. Jurnalist daha sonra Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub.