BolgeXeber.Com » Xəbərlər » “Pişik” Günel: 15 min borcum var, kirayə pulunu ödəyə bilmirəm

“Pişik” Günel: 15 min borcum var, kirayə pulunu ödəyə bilmirəm

28-12-2015, 18:17
Oxunub: 4 629 “Pişik” Günel: 15 min borcum var, kirayə pulunu ödəyə bilmirəm“Bəziləri mənə dırnaqarası müğənni kimi baxır”

“Pişik” ləqəbli müğənni Günel Ələkbərova borc içində olduğunu və hazırda yaşadığı evin kirayə pulunu ödəyə bilmədiyini bildirib.

BOLGEXEBER.COM-un gün.az-a istinadən xəbərinə görə, ifaçı dolların məzənnəsinin yüksəlməsindən şikayətlənib:

“15 min dollar borcum var idi, o da artıq kəllə-çarxa qalxıb. Dolların qalxması vəziyyəti daha da çətinləşdirdi. Bəziləri çıxıb efirə arsız-arsız danışırlar ki, dolların məzənnəsi qalxdı, yaxşı oldu, mənə sərf elədi. Bilmirəm, kimin dolları var, bu vəziyyət ona sərf edir, amma imkansızları da nəzərə almaq lazımdır. Bir məsəl var, toxun acdan nə xəbəri.

14 ildir ki, professional səhnədəyəm. Bəzən elə olur ki, bəziləri mənə dırnaqarası müğənni kimi baxır. Amma mən çoxlarından artığam.

Bu günə kimi heç vaxt problemlərimdən danışmamışam. Amma indi maddi durumum çox pisdir. Heç bir zaman gileylənməmişəm. Çoxları da elə bilib ki, mən dəbdəbəli həyat yaşayıram. Son illərə qədər mənim sıxıntım olmayıb. Mənim maşınım, evim var idi. Amma bu gün nə maşınım, nə də ki, evim yoxdur. Kirayə evdə yaşayıram. Kirayə pulunu da ödəyə bilmirəm”.