BolgeXeber.Com » Xəbərlər » "Azəryolservis"ə sədr təyin olundu

"Azəryolservis"ə sədr təyin olundu

28-12-2015, 18:15
Oxunub: 2 612 "Azəryolservis"ə sədr təyin olunduPrezident sərəncam imzaladı

Azərbaycan Prezidenti İlham Əliyev Saleh Ərşad oğlu Məmmədovun “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Bu barədə Bolgexeber.com dövlət başçısının rəsmi saytına istinadən xəbər verir.

Dövlət başçısının digər bir sərəncamı ilə “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılıb.

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının nəqliyyat-yol kompleksində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” 2007-ci il 22 fevral tarixli sərəncamında dəyişikliklər edilməsi barədə sərəncamına əsasən, Nazirlər Kabinetinə “Azəryolservis” ASC-nin yeni Nizamnaməsinin və strukturunun layihələrini, Cəmiyyətin ümumi yığıncağının səlahiyyətlərini həyata keçirən dövlət orqanları barədə təkliflərini bir ay müddətində hazırlamaq və prezidentə təqdim etmək, habelə Nəqliyyat Nazirliyinin balansında olan avtomobil yollarının “Azəryolservis” ASC-nin balansına verilməsini bir ay müddətində təmin etmək, “Azəryolservis” ASC-nin balansına verilən avtomobil yollarının idarə olunması, təmiri, saxlanması, qorunması və yenidən qurulması xərcləri ilə bağlı illik büdcə vəsaitinin Cəmiyyətə ayrılmasını təmin etmək tapşırılıb.