BolgeXeber.Com » Xəbərlər » Böhran AYB-ni də vurdu, qurumun büdcəsi azaldılır... - Gənc yazardan vəziyyətdən çıxış üçün ilginc təklif

Böhran AYB-ni də vurdu, qurumun büdcəsi azaldılır... - Gənc yazardan vəziyyətdən çıxış üçün ilginc təklif

29-12-2015, 09:29
Oxunub: 2 739 Böhran AYB-ni də vurdu, qurumun büdcəsi azaldılır... - Gənc yazardan vəziyyətdən çıxış üçün ilginc təklifAzərbaycan Yazıçılar Birliyinin (AYB) büdəcəsinin 50 faizə qədər azaldılması və işçilərin 25-30 faizinin ixtisarı gözlənilir

Bu barədə Moderator.az-a açıqlama verən gənc yazar, AYB üzvü, Gənc Ədiblər Məktəbinin katibi olmuş Emin Piri deyib ki, vəziyyətdən çıxış yolu kimi təkliflər paketi hazırlayıb.

Emin Piri təklif paketinin müəyyən detallarını da açıqlayıb: "İndiki kritik vəziyyətdə daha əlverişli variantlar düşünmək lazımdır. Həmişə ətrafında alıcı olan AYB-nin binasını satmaq daha məqsədə uyğundur. Əvvəla mərkəzdə yerləşir. Almaq üçün və ya başqa qurumun balansına keçirmək üçün müəyyən təkliflər həmişə olub. İndi əsl məqamıdır, deyərdim. AYB-nin bunasını büdcəsi daha yaxşı olan digər dövlət qurumun balansına vermək və ya hansısa tenderlə satmaq mümkündür. Əldə olan gəlirlə hazırki binadan daha komfortlu və geniş bina tikmək olar. Eyni zamanda əldə olunan gəlirlə 100 gənc yazarı işlə təmin etmək mümkündür. Bunu etmək elə də çətin deyil.

AYB-nin binası Qarabağ deyil ki, hanısa qurumun balansına verilməsi qeyrət-namus məsləsi sayılsın.Ucuz xatirələr naminə gəncliyi işsiz qoymaq lazım deyil. Əksinə belə etdikdə gənclərdə dövlətə qarşı nifrət toxumu səpilmiş olur. Fikir versəniz son illərdə bir gənc yazarın kitabını belə çıxartmağa nail olmayıblar. Bu tip nostalji xatirələrdənsə gəncliyin işlə təmin edilməsi, bir tikə çörək qazana bilməsi ədəbiyyat adına daha şərəfli sayılmalıdır.

Bu məsələni ictimailəşdirib şəffaf formada həllinə nail olmaq laızmdır".
Bolgexeber.com