BolgeXeber.Com » Xəbərlər » Səhiyyə nazirinin oğlu banka rəhbər gətirildi

Səhiyyə nazirinin oğlu banka rəhbər gətirildi

29-12-2015, 12:03
Oxunub: 3 051 Səhiyyə nazirinin oğlu banka rəhbər gətirildiMüşahidə Şurasının tərkibi açıqlandı

“Azərbaycan Beynəlxalq Bankı-Moskva” ASC-nin ("ABB-Moskva") Müşahidə Şurasının tərkibi açıqlanıb.

Bolgexeber.com APA-ya istinadən xəbər verir ki, şuranın sədri Murad Oqtay oğlu Şirəliyevdir. Qeyd edək ki, M. Şirəliyev ABB-nin İdarə Heyətinin sədr müavinidir.

Müşahidə Şurasının digər iki üzvü isə İslamov Fuad Rafik oğlu və Dadaşov Məzahir Haqverdi oğludur. F. İslamov ABB-nin baş direktoru, M. Dadaşov isə ABB-nin Risklərin idarə edilməsi departamentinin direktorudur.

Xatırladaq ki, bundan öncə Müşahidə Şurasının sədri Hüseynov Qubad Əbdül Hüseyn oğlu olub. Q. Hüseynovun rəhbərliyi dönəmində şuranın üzvləri Həbibullayev Elmir Şirin oğlu və Hüseynov İlqar Orucəli oğlu olub. Əlavə edək ki, E. Həbibullayev hazırda ABB-nin baş direktorudur.