BolgeXeber.Com » Xəbərlər » Əfv sərəncamının icrasına başlanılıb

Əfv sərəncamının icrasına başlanılıb

29-12-2015, 12:52
Oxunub: 2 716 Əfv sərəncamının icrasına başlanılıbSərəncam ümumilikdə 210 nəfərə şamil edilib

Azərbaycanda əfv sərəncamının icrasına başlanılıb.Bolgexeber.com-un məlumatına görə, prezident İlham Əliyevin dekabrın 28-də imzaladığı sərəncam ümumilikdə 210 nəfərə şamil edilib.

Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 198 nəfər cəzanın çəkilməmiş hissəsindən, 3 nəfər islah işləri, 9 nəfər isə cərimə cəzasından azad edilib.

Əfv olunalar arasında xarici ölkə vətəndaşları da var.