BolgeXeber.Com » Bölgə » Yevlaxda baş verən avtomobil qəzasında ana və qızı yanaraq ölüb

Yevlaxda baş verən avtomobil qəzasında ana və qızı yanaraq ölüb

1-11-2010, 12:10
Oxunub: 5 351 Avtomobil yoldan çıxaraq elektrik dirəyinə çırpılıb

Bakı - Qazax yolunun 301-ci kilometrliyində, Yevlax rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə ötən gecə saat 22.00 radələrində qeydə alınıb.

Göygöl şəhər sakini 1986-cı il təvəllüdlü Bayramov Adil Nəsib oğlunun idarə etdiyi 51 BD 014 dövlət nömrə nişanlı, “VAZ-21015” markalı avtomobil yoldan çıxaraq elektrik dirəyinə çırpılıb. Bu zaman maşın alışaraq yanıb. Nəticədə avtomobildə olan sərnişinlər – sürücünün bacısı - 1983-cü il təvəllüdlü Bayramova Mehriban Nəsib qızı və anası - 1963-cü il təvəllüdlü Bayramova Qətibə Pirverdi qızı yanaraq ölüblər. Sürücünün isə xəsarət aldığı bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsində cinayət işi açılıb araşdırma aparılır.