BolgeXeber.Com » Şou-Biznes » Ukraynanın «Eurovision-2012» təmsilçisindən bəd xəbər

Ukraynanın «Eurovision-2012» təmsilçisindən bəd xəbər

26-04-2012, 12:05
Oxunub: 6 214 Qaytananın səsi batıb

Ukraynanı «Eurovision-2012» mahnı müsabiqəsində təmsil edəcək Qaytananın müsabiqəyə bir ay qalmış səsi batıb. APA-nın Rusiya mətbuatına istinadən yaydığı məlumata görə, qaradərili ukraynalı müğənni bütün konsertləri təxirə salıb və müsahibələr vermir. Bildirilir ki, Qaytananın bu halla qarşılaşması ilk dəfə deyil. Müğənni milli finalda qalib olandan sonra da səs telləri ilə bağlı problemlər yaşayıb. Müsabiqə öncəsi Qaytana xüsusi prosedurlara da gedir, amma nəticə barədə hələlik heç nə deyilmir.

Qeyd edək ki, eyni problemlə Ukraynanı 2010-cu ildə sözügedən yarışmada təmsil edən Alyoşa də qarşılaşmışdı.