BolgeXeber.Com » Dünya » Ölən qadınla “Vida seksi” qanunu ölkəni qarışdırdı

Ölən qadınla “Vida seksi” qanunu ölkəni qarışdırdı

27-04-2012, 11:25
Oxunub: 5 464 Misirdə kişilərə ölən arvadlarıyla öldüdən sonrakı 6 saat içində çinsi yaxınlıq edə bilmək hüququ verən “Vida seksi” qanun layihəsi böyük etirazlara səbəb olub.

Xarici KİV-lərin xəbərinə görə, Misir Beynəlxaq Qadınlar Şurası parlamentə 14 yaşındakı qızların evlənə bilməsnə icazə verən və kişilərə ölən arvadları ilə öldükdən sonrakı 6 saat içindəki cinsi yaxınlıq etməyə icazə verən iki qanun layihəsini rədd edilməsi üçün müraciət edib.

“Əl-Ərəbiyə” telekanalının xəbərinə görə, Şuranın sədri Mervat əl-Talavi ölkənin Xalq Məclisinin sədri Saad əl-Qatatniyə müraciət edərək, misirli qadınların narazlıqlarını çatdırıb.

Əbdül Samea məqaləsində qeyd edib ki, layihənin qəbul edilməsi qadınların ölkənin problemlərinin həllində kənarda qalacaqlarına və ölkənin inkişafına mane olmasına səbəb olacaq.

Bir kişinin ölmüş arvadı ilə cinsi yaxınlıq etməsi Fasdan olan bir din xadiminin ötən ilin mayında verdiyi açıqlamaları ilə güdəmə gəlib. Zəmzəmi Abdul Bari kəbinin ölümdən sonra da keçərli olduğunu deyərək, qadınların da eyni haqqa sahib olduğunu ifadə edib. Zəmzəminin bu sözləri Misirdə bir il sonra parlamentin gündəliyinə gətirilib.

Ölkənin tanınmış jurnalistlərindən olan televiziya aparıcısı Cabir əl-Karmuti “ON TV”dəki verilişində Əbdül Sameanın məqaləsinə istinad edərək “Vida seksi” qanunu olaraq tanınan layihəni tənqid edib.

Misirdə Hüsni Mübarəkin hakimiyyət zamanı qadın hüquqlarını qorumaq üçün qəbul edilən qanunlar parlament çoxluğunu təşkil edən islamçıların gündmində əhəmiyyətli yer tutur.

İslamçıların ləğvini tələb etdiyi qanunlar arasında qadınların ərlərindən icazə almadan boşana bilmək hüququ verən sənəd ön plandadır.

Parlamentdəki dini çoxluq bu qaydaların “ailələri dağıtmağa hədəfləndiyini” iddia edrək, onun ləğvini tələb edir.

Qafqazinfo