BolgeXeber.Com » Analitika » Milli Məclisin “itkin” deputatları

Milli Məclisin “itkin” deputatları

27-04-2012, 16:35
Oxunub: 5 894
IV çağırış parlamentin işə başlamasında 2 ilə yaxın zaman ötsə də, bəzi millət vəkillərindən hələ də xəbər yoxdur

2010-cu ildə seçilmiş IV çağırış Azərbaycan Milli Məclisin fəaliyyətə başlamasından 2 ilə yaxın zaman ötür. Bu müddət ərzində Azərbaycanda və dünyada ali qanunverici orqanın təmsilçilərinin, xalqın etimad göstərib özünə vəkil seçdiyi deputatların münasibət bildirməli olduğu mühüm hadisələr cərəyan edib. Etiraf etmək lazımdır ki, hakimiyyətin mühüm qollarından biri kimi həm Milli Məclis, həm də onun əksər deputatları bu proseslərə aktiv şəkildə mövqe açıqlayıb, millət vəkili kimi gərəkli münasibəti ortaya qoyublar.
Ancaq bu iki il müddətində ölkədə və dünyada heç nə baş vermirmiş kimi davranan, nə Milli Məclisin iclaslarında, nə də mətbuatda hər hansı məsələyə münasibəti bəlli olmayan deputatlar da olmamış deyil. Bu millət vəkilləri nəinki cəmiyyəti narahat edən məsələlərə münasibət bildirirlər, hətta lazımi məqamlarda Milli Məclisdə təmsil etdikləri hakim Yeni Azərbaycan Partiyası və ümumilikdə iqtidarı dəstəkləyən bəyanatlar, açıqlamalar belə vermirlər.
Qaynar.info şərti olaraq “itkin” deputatlar adı verdiyi bu parlament üzvlərini hissə-hissə oxuculara təqdim edəcək…

ƏRƏSTUN CAVADOV

Artıq iki çağırışdır ki, 87 saylı Ağsu-İsmayıllı seçki dairəsini Milli Məclisdə təmsil edən Ərəstun Cavadovu ictimaiyyət Mərkəzi Univermağın sahibi kimi tanıyır. Ancaq bu 7 ildə Ərəstun müəllimin Milli Məclisdə və ya mətbuatda hansısa məsələyə münasibət açıqladığını, seçicilərini narahat edən problemlərlə bağlı danışdığını görən olmayıb. Ərəstun müəllim hər nə qədər az danışıb, çox iş görən olduğunu iddia etsə də, bu illər ərzində onun bir deputat kimi münasibət bildirməsinin vacib olduğu çoxlu hadisələrin olduğunu da unutmamalıdır….
Əvəzində Ə.Cavadovla bağlı dünyanın ən böyük axtarış şəbəkələrindən olan “Google”də verdiyimiz axtarış aşağıdakı nəticələri verdi:
“Deputat Ərsətun Cavadov haqqında yeni şok xəbərlər”; “Ərəstun Cavadovun adı böyük qalmaqalda”; “Ərəstun Cavadov adlı deputat olduğunu ilk dəfədir eşidirəm”; “Ərəstun Cavadovun “atelye əməliyyatı”; “Ağsu seçiciləri Ərəstun Cavadovu axtarır”; “Deputat ölkəmizi İranda biabır elədi”….

ƏSABİL QASIMOV

Əsabil Qasımov Milli Məclisə ilk dəfədir ki, seçilir və 79 saylı İmişli seçki dairəsini təmsil edir. O, parlamentə böyük biznesdən “transfer” olub. Əsabil Qasımov 5 iri müəssisənin cəmləşdiyi “Karat Holdinq”in sahibidir. Ancaq nə yazıq ki, Əsabil müəllim, biznesdə qazandığı uğurları hələki siyasətdə qazana bilmir.
Onun adına “Google”də apardığımız axtarışın nəticələri isə belədir:
“Əsabil Qasımovun erməni sevgisi”; “Deputatın bina tikən qardaşı sakinləri aldadıb”; “Əsabil Qasımov həbs təhlükəsi ilə üz-üzə”; “Deputat keçmiş şərikini öldürtmək istəyir”; “Deputatı müflis etdilər”….


qaynar.info