BolgeXeber.Com » Dünya » 9 uşağı birdən dünyaya gətirmək istəyir

9 uşağı birdən dünyaya gətirmək istəyir

28-04-2012, 00:40
Oxunub: 5 647 Meksikalı Karla Vanessa Perez adlı bir qadın doqquz körpəni birdən dünyaya gətirmək qərarına gəlib

“Hürriyyət.com.tr”nin yayımladığı xəbərə görə, doğuş mayın 20-nə təyin edilib. Texas sərhədindəki Coahuila əyalətində yaşayan qadının bir müddətdir birdən çox körpəni doğmaq üçün xüsusi müalicə aldığı deyilir.

“Notimex” adlı yerli xəbər agentliyinə danışan Perez körpələrin adlarının nə olacağını düşünmək üçün hələ tez olduğunu, əvvəl hər şeyin yolunda getməsinin vacibliyi barədə danışıb.
Xatırladaq ki, tarixdə də bundan əvvəl doqquz uşaq doğma hadisəsi olub. 1971-ci ilin 13 iyununda avstraliyalı Geraldinşe Brodrik doqquz körpəyə hamilə qalmış, bunlardan ikisi doğum zamanı, digərləri isə doğulduqdan bir müddət sonra ölmüşdü.
Buna bənzər digər hal isə, 1999-cu il 26 mart günü Malaziyada qeydə alınıb. Təəssüf ki, burda da körpələrin hamısı doğuşdan sonra həyatını itirmişdilər.

ANN.az