BolgeXeber.Com » Dünya » Qazaxıstanda seksə görə vergi alınacaq

Qazaxıstanda seksə görə vergi alınacaq

19-01-2016, 09:34
Oxunub: 3 416 Qazaxıstanda seksə görə vergi alınacaqQazaxıstanda seksə görə vergi tətbiq etmək istəyirlər

BAKU.WS-in məlumatına görə, bu barədə Qazaxıstan Müsəlmanlar Birliyi ölkə rəhbərliyi qarşısında məsələ qaldırıb. Birliyin sədri Murat Telibekov bildirib ki, bununla bağlı layihə hazırlanıb. Əgər Qazaxıstan hökuməti layihəni qəbul edərsə, o zaman seksual xidmətə görə vergi tətbiq olunacaq.

Yeni qanuna görə, hətta qanunla evli olan gənc ailələr də, sekslə məşğul olduqları üçün vergi ödəyəcəklər. Qanuna görə, nikahda olanlar 584 təngə (1,50 ABŞ dolları), vətəndaş nikahında olanlar isə 748 təngə (təxminən 2 ABŞ dolları) ödəməli olacaqlar. Təsadüfi görüş zamanı, nikahdan kənar seks zamanı isə hər bir Qazaxıstan vətəndaşı 1893 təngə, (təxminən 5 ABŞ dolları) ödəməlidir. Cinsi azlıqlar üçün isə sekslə məşğul olmaq 2741 təngə (7 ABŞ dolları) bahasına başa gələcək. Qeyri-ənənəvi cinsi əlaqə ilə məşğul olanlar 4892 təngə (təxminən 13 ABŞ dolları) ödəyəcəklər.

Yeni qanuna görə, Qazaxıstanda sekslə məşğul olmaq istəyən xarici vətəndaşlar ikiqat artıq vergi ödəməlidirlər.
Bolgexeber.com