BolgeXeber.Com » Analitika » Ziya Məmmədova ad günü sürprizi

Ziya Məmmədova ad günü sürprizi

28-04-2012, 13:00
Oxunub: 5 356 Gələn həftə nn şefi postunda dəyişiklik ola bilər

Gələn həftə nəqliyyat naziri postunda dəyişiklik gözlənilir. Bu şok məlumatı redaksiyamıza Nazirlər Kabinetindəki qaynaq ötürüb. Mənbə dia.az-a verdiyi xəbərində onu da iddia edir ki, Ziya Məmmədovun yerinə hazırda «Azəravtoyolservis» ASC-yə rhbərlik edən Cavid Qurbanovun təyin edilməsi nəzərdə tutulub.

Bildirək ki, cümə günü Azərbaycan prezidenti İlham Əliyev nəqliyyat naziri Ziya Məmmədovu «Şöhrət» ordeni ilə təltif edib. Ziya Məmmədov bu mükafata Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə layiq görülüb.
Məlumatlardan belə aydın olur, Z.Məmmədovu 60 yaşı tamam olması münasibətilə bu ali mükafata layiq görüblər.

Amma mənbəmiz iddia edir ki, Ziya Məmmədova «Şöhrət» ordeninin verilməsi onun gedişinə tədarük görülməsi ilə bağlıdır. Qeyd edək ki, həqiqətən də YAP iqtidarının yola salmağa hazırlaşdığı nüfuzlu məmurlara gediş ərəfəsində hansısa mükafatı vermə ənənəsi mövcuddur.