BolgeXeber.Com » Sosial » Bakıda sərnişin avtobusu aşıb

Bakıda sərnişin avtobusu aşıb

28-04-2012, 13:05
Oxunub: 4 115 Paytaxtda sərnişin avtobusu aşıb.

Bolgexeber.com-un məlumatına görə, hadisə bu gün saat 12.20 radələrində “20 yanvar” metro stansiyasından Biləcəri qəsəbəsinə gedən yolda, “Lukoyl” yanacaqdoldurma məntəqəsinin yaxınlığında baş verib. Respublika Dövlət Yol Polisi İdarəsindən saytımıza faktı təsdiqləyiblər. Hadisə zamanı ölən və yaralananların olub-olmadığı hələlik məlum deyil. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar.