BolgeXeber.Com » Dünya » Məmuru qulaqcığa xərclədiyi pula görə işdən qovdular

Məmuru qulaqcığa xərclədiyi pula görə işdən qovdular

20-01-2016, 09:56
Oxunub: 2 959 Məmuru qulaqcığa xərclədiyi pula görə işdən qovdularEstoniyanın polis rəhbəri çəkmə aldığına görə korrupsiyada ittiham olunub

Bolgexeber.com anspress-ə istinadən bildirir ki, polis və sərhəd mühafizəsi departamentinin rəhbəri Elmar Vaxeri dövlət vəsaitini israfçılıq etməkdə ittiham ediblər. Xarici KİV-lərin məlumatına əsasən, Vaxer təxminən 400 avro xərcləyərək, bir cüt çəkmə və qulaqcıq alıb.

Məsələ ilə bağlı xüsusi antikorrupsiya komissiyasının sədri Artur Talvik daxili işlər naziri Hanno Pevrura respublikanın polis və sərhəd mühafizəsi departamentində dövlət vəsaitlərinin sui-istifadə mümkünlüyü barədə sorğu göndərib.

"Sərəncamımızda Elmar Vaxerin Tallin hava limanında özünə çəkmə almaq üçün 139,41 avro və qulaqcıq almaq üçün 299 avro xərclədiyi haqqında məlumatlar var. O, bunları guya formasına lazım olduğu üçün aldığını qeyd edib. Halbuki forma elementlərinin alınması yalnız satınalma yolu ilə həyata keçirilir", - deyə Talvik bildirib.

Deputat xatırladıb ki, ötən il dekabrın əvvəllərində xərclər haqqında hesabat təsdiq etməli olan polis əməkdaşı qəflətən işdən xaric olunub. Talvikin sözlərinə görə, hə