BolgeXeber.Com » Dünya » İzmirdə 26 il öncə Bakıda törədilən 20 Yanvar qətliamı yad edildi - FOTOLAR -

İzmirdə 26 il öncə Bakıda törədilən 20 Yanvar qətliamı yad edildi - FOTOLAR -

21-01-2016, 09:15
Oxunub: 3 294 İzmirdə 26 il öncə Bakıda törədilən 20 Yanvar qətliamı yad edildi - FOTOLAR -Rusların Bakıda törətdiyi 20 Yanvar qətliamı Türkiyənin İzmir şəhərində də yad edildi

Azərbaycan Qardaşlıq və İş birliyi Dərnəyi ''Müstəqilliyə gedən yolda 20 yanvar'' adlı konfrans keçirdi. Konfransda Katib Çelebi Unverstetinin dosenti, o günlərin Bakıda olan şahidlərindən biri İrfan Murat Yıldırım tədbiə qatılan qonaqlara ətraflı məlumat verdi. O, hadisələrdən iki gün öncə Azərbaycana getdiyini, baş verənlərin şahidi kimi xalqımızın çətin günlər yaşadığını öz gözləriylə gördüyünü xatırlatdı. Hətta qətliamın dünyaya çıxmaması üçün sovetlər birliyinin başında duranların hər cür şəkildə törətdikləri cinayətin gizlədilməsinə çalışdıqlarını vurğuladı. Və nə qədər çətin olsa da, 20 yanvar gecəsi rusların törətdiyi qətliam haqqında Türk mediasında xəbər yaya bildiklərini, bu xəbərin Azərbaycandan çıxması üçün ölümü belə gözə aldıqlarını xüsusilə qeyd etdi. Azərbaycan Qardaşlıq və İş Birliyi Dərnəyinin başqanı Asif Qurban da o dönəmin şahidlerindən biri olduğunu, oxuduğu məktəbdəki dostlarıyla küçə ilə gedərkən tankın üstlərinə gəlməsini, o an heç gözləmədikləri bir anda Jiquli markalı bir maşının ortaya çıxmasıyla hər şeyin dəyişdiyini xatırlatdı: ''Bəlkə də o tank bizi əzib keçəcəkdi. Qəfil ''Jiquli'' markalı avtomobil tankın qarşısına çıxıb dayanması ilə, sanki bizmlə ölümün arasına girdi. O gün qonşularımızdan şəhid olanlar vardı. Atam anam, bütün qonşularımız bu qətliamın vurduğu acılara qarşı birləşmişdilər. Bu birlik Azərbaycanın hər yerində hiss olunurdu. Bir sözlə, o gecə olanlar xalqımızı birləşdirərək müstəqillik yolunda inamlı addımlamasına səbəb oldu. Cavid Əliyev də öz növbəsində bu günün əhəmiyyətindən danışaraq xalqımız üçün matəm deyil, qürurlu bir gün olmasını, rusların silahlı olduğunu, tankların insanları əzməsinə rəğmən xalqımızın qorxmadığını, o gecə Azərbaycan tarixində yenidən azadlıq toxumunun əzildiyi gün kimi yazıldığını vurğuladı. Dərnəyin üzvü, xüsusi təyinatlı hərbi birlikdən emekli zabit Güvən Aslan da o günlərdə Azərbaycandan çətin xəbər ala bildiklərini, amma buna baxmayaraq müxtəlif yollarla millətimizin başına gələn müsibətləri öyrətdiklərini qeyd etdi. ''Millət olaraq yaxınlığımızda qardaşlarımıza qarşı həyata keçirilən qətliama göz yuma bilməzdik. Hər kəs imkanı daxilində bu məsələ barədə ətrafındakılara bilgi verməyə çalışırdı. Hətta elələrimiz vardı ki, Azərbaycanda türklərin yaşadığını, bizimlə eyni dildə danışan, eyni qanı daşıyan soydaşlarımızın yaşamasından xəbərsiz idi. Lakin çox az bir zamanda təşkilatlanaraq, Azərbaycanın haqq səsini Türkiyədəki vətəndaşlarımız da duydu. Sonra qismət elə gətirdi ki, mən Azərbaycanda milli ordunun qurulmasında da yaxından iştirak etdim. Orda olduğum müddətdə dəfələrlə 20 yanvar şəhidləri üçün salınan Şəhidlər xiyabanını ziyarət də etdim''. G.Aslan həmçinin Zəlimxan Yaqubun ''Dünya Türkün olacaq'' şerini də səsləndirdi.
Tanınmış yazarlarımızdan Nazir Əhmədli də o gecənin və hadisələrin şahidi olaraq xatirələrini konfrans iştirakçıları ilə bölüşdü və milli azadlıq hərəkatında olan soydaşlarımızın və xüsusən unversitetdə oxuyan tələbələrimizin rusların bütün cəhdlərinə baxmayaraq, durmadan mübarizə apardıqlarını xüsusi ilə qeyd etdi. Xalqın birliyi sayəsinde Azərbaycanın müstəqiliyini əldə etdiyini bildirdi. İzmirdə həmçinin Azərbaycan Kültür Evi və Dayanışma Dərnəyi 20 Yanvar şəhidlərinə ehsan da verdi. Dərnəyin başqanı Mülazim Qardələn Paşa şəhidlərimizi xatırlayaraq, onların əziz xatirəsini yad etdiklərini, onların mübarizəsi sayəsində suverenliyimizi əldə etdiyimizi unutmamağımızı tövsiyə etdi.
Elçin Abdullayev, Türkiyə, İzmir
Bolgexeber.com