BolgeXeber.Com » İdman » “Xəzər Lənkəran”dan pulunu almaq üçün “vorzakon”lardan kömək istəyəcək - Belə çıxır...

“Xəzər Lənkəran”dan pulunu almaq üçün “vorzakon”lardan kömək istəyəcək - Belə çıxır...

21-01-2016, 14:22
Oxunub: 3 413 “Xəzər Lənkəran”dan pulunu almaq üçün “vorzakon”lardan kömək istəyəcək - Belə çıxır...Xəbər verdiyimiz kimi, "Xəzər Lənkəran" 5 futbolçusunu heyətdən kənarlaşdırıb

“Qafqazinfo”nun məlumatına görə, klub hələ də göndərilən 5 futbolçunun maaşını ödəməyib.

“Futbol+” qəzetinə müsahibə verən qovulan futbolçulardan biri - Kazım Kazımlı “ağ-yaşıllar”dan pulu almaq üçün hər yola əl atacağını bildirib. O, hətta “vorzakon”lara da müraciət etməyi düşünür. Hər halda Kazımlının müsahibəsindən belə çıxır ki, o, əvvəlcə pulu bu yolla almağa çalışacaq. Əgər alınmasa, o zaman AFFA-ya müraciət edəcək.

- AFFA-ya müraciət etmək fikriniz yoxdu?

- Vəziyyət o qədər də pis deyil ki, gedib AFFA-ya şikayət edim. Hələ ki gözləyirəm. Mən "Xəzər Lənkəran" rəhbərliyinin fikrini öyrənəcəm. Görüm nə deyirlər? Alınmasa, nəinki AFFA-ya, müəyyən adamlara da bunu çatdırmaq lazımdı.

- Konkret kimləri nəzərdə tutursan?

- O adamları ki, haqqa görə yaşayıb, haqqa görə də ölməyə hazırdılar. Onlara da demək olar ki, bizim haqqımız yeyilib.
Bolgexeber.com