BolgeXeber.Com » Dünya » Daha bir ölkədə “mini yubka” geyinmək qadağan edildi

Daha bir ölkədə “mini yubka” geyinmək qadağan edildi

21-01-2016, 18:12
Oxunub: 5 083 Daha bir ölkədə “mini yubka” geyinmək qadağan edildiTanzaniyada qadınlara mini ətək geyinmək qadağan edilib

BAKU.WS-in məlumatına görə, bu barədə Tanzaniya prezidenti Jon Magufuli sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, ölkədə HİV və AİDS xəstəliklərinin yayılması sürətlənib. Buna səbəb də, təsadüfi cinsi əlaqənin və əxlaqsızlıqların çoxalmasıdır.

"Ölkədə təsadüfi cinsi əlaqə, fahişəlik, zorlama və digər oxşar əxlaqsızlıqlar artıb. Bunun da səbəbi qadınların qısa və açıq-saçıq geyinməsi, kişiləri qıcıqlandırmasıdır”, - deyə ölkə rəhbərliyi bildirib.

Qeyd edək ki, bir neçə ay bundan əvvəl Jon Magufuli buna oxşar bir qərar də qəbul etmişdi. O, Tanzaniyada ehtiras yaradan rəqsləri, ələlxsus da "tverking”rəqsini qadağan etmişdi.
Bolgexeber.com
Daha bir ölkədə “mini yubka” geyinmək qadağan edildi