BolgeXeber.Com » Şou-Biznes » Səbinə Babayevanın arzuları Londonda çin olub - Fоtоsеssiya

Səbinə Babayevanın arzuları Londonda çin olub - Fоtоsеssiya

30-04-2012, 23:05
Oxunub: 6 226 Təmsilçimiz Engelbert Hamperdinkin repertuarına müraciət edib

Azərbaycanın «Eurovision – 2012» təmsilçisi Səbinə Babayevə digər euroulduzlarla birgə «London Eurovision Preview Party»də çıxış edib. APA-nın məlumatına görə, tədbir aprelin 29-u Londonda fəaliyyət göstərən «Soxo klub»da baş tutub. Səbinə bildirib ki, sayılı günlərdən sonra Bakı bütün «Eurovision» qonaqlarını qarşılayacaq. Müğənni konsertdə müsabiqə mahnısı olan «When the Music Dies» adlı mahnını ifa edib. Tədbirdə iştirak edən 300-ə yaxın azərbaycanlı onun ifasını alqışlarla qarşılayıblar. Səbinə çıxışı zamanı eləcə də Böyük Britaniyanı müsabiqədə təmsil edən Engelbert Hamperdinkin «Quando, Quando!» adlı kompozisiyasını a-capella tərzdə ifa edib. Həmin gün Səbinə öz arzusunu gerçəkləşdirməyə nail olub. O Londonun bütün görməli yerlərini, eləcə də «Big Ben»i görüb. Səbinə həmçinin Böyük Britaniyanın aparıcı telekanalları, yazılı mətbuatına çoxsaylı müsahibələr verib. Jurnalistlər təkcə Səbinənin müsabiqədəki çıxışı ilə yox, həmçinin Bakının müsabiqəyə hazırlığı ilə maraqlanıblar.

Səbinə Babayevanın növbəti səfəri isə Maltaya olacaq. 3-5 may tarixlərində təmsilçimizin bu ölkədə çıxışları nəzərdə tutulur.