BolgeXeber.Com » Sosial » Daha bir saxta endirim kampaniyası aşkarlandı

Daha bir saxta endirim kampaniyası aşkarlandı

30-04-2012, 23:30
Oxunub: 4 334 Bakıda növbəti dəfə saxta endirim kampaniyasının qarşısı alınıb

Bakı şəhəri, Səbail rayonu, R.Rza küçəsi, 23 ünvanında Qafur Ravəndiyə məxsus mağazada aparılan yoxlama zamanı mağazada "Bütün malllara 30% endirim" qeyri-dəqiq reklamından istifadə edilməklə istehlakçıların aldadılması halı müəyyənləşdirilib.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, mağazanın ön pəncərəsində bütün mallara endirimin tətbiq olunması barədə reklam verilsə də, satışda olan mallara heç bir endirimin tətbiq edilmədiyi aşkarlanıb.

Bundan başqa, qeyd olunan reklamın aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı müəyyənləşdirilib.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qeyri-dəqiq reklamın yayımı dayandırılıb. Aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar qanunvericiliyə uyğun tədbirlər görüləcək.