BolgeXeber.Com » Sosial » 77 əcnəbi saxlanılıb

77 əcnəbi saxlanılıb

3-05-2012, 14:50
Oxunub: 3 916 Yoxlamalar Cənub bölgəsində aparılıb

Ötən həftə ərzində respublikanın Masallı, Lerik və Lənkəran rayonlarında aparılmış yoxlamalar nəticəsində Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə zidd olaraq ölkə ərazisində qanunsuz yaşayan və əmək fəaliyyəti ilə məşğul olan 77 əcnəbi vətəndaş saxlanılıb.

Dövlət Miqrasiya Xidmətindən Bolgexeber.coma- verilən məlumata görə, onların barələrində Azərbaycan Respublikasının inzibati qanunvericiliyinin tələblərinə uyğun olaraq qərarlar qəbul edilib.

Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyanın aşkar edilərək qarşısının alınması istiqamətində müvafiq tədbirlər davam etdirilir.