Azərbaycanda ilk: İcra başçısı Prezidentin tövsiyə etdiyi maşından aldı - FOTO
29-01-2016, 10:25
Oxunub: 3 475
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı, sabiq deputat Əhəd Abıyev Naxçıvan Avtomobil Zavodunun istehsal etdiyi “NAZ Lifan” avtomobili alıb
Bolgexeber.com xəbər verir ki, bu barədə Publika.az-a icra başçısı özü məlumat verib. Ə.Abıyev “NAZ-Lifan” avtomobilini hələ 2 ay öncə aldığını söyləyib: “Mən bu avtomobili 2 aya yaxındır ki, almışam və hazırda da istifadə edirəm. Evdə də istifadə edirlər. Çox keyfiyyətli avtomobildir. Əsl ev, ailə avtomobilidir. Mən də bu avtomobili ev üçün istifadə edirəm.
Ancaq işə dövlət tərəfindən verilən xidməti avtomobilimlə gəlirəm. Hazırda işə “Niva” ilə gedib-gəlirəm. Çünki Daşkəsən dağlıq ərazi olduğu üçün burada ancaq “Niva” sərf edir”.
Ötən gün Prezident İlham Əliyevin məmurlara yerli istehsal olan “NAZ-Lifan” avtomobili almağı tövsiyə etdiyini vurğulayan Abıyev ölkə başçısının bu tövsiyəsinin çox vacib addım olduğunu bildirib.
Xatırladaq ki, ötən gün Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı dövlət məmurlarına Naxçıvan Avtomobil Zavodunun (NAZ) istehsalı olan "NAZ-Lifan" avtomobillərini almağı tövsiyə edib: “Bizim Naxçıvanda avtomobil zavodumuz var, dövlət qurumları oradan alsınlar. Yaxşı da maşınlardır. Heç xarici maşından o qədər də fərqlənmir. Çox gözəl. Daha çox alsınlar”.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə