BolgeXeber.Com » Xəbərlər » Azərbaycanda "qanlı banan" təşvişi

Azərbaycanda "qanlı banan" təşvişi

29-01-2016, 15:39
Oxunub: 5 818 Azərbaycanda "qanlı banan" təşvişiSon günlər bəzi mətbuat orqanlarında banana iynə ilə xəstəlik, qan yeridilməsi barədə ilginc məlumatlar yayılıb. Sosial şəbəkələrdə müzakirələrə səbəb olan fotolar insanlar arasında ciddi təşvişə səbəb olub

Fotolardan da görünür ki, bananın içərisində qırmızı rəngdə ləkələr mövcuddur.

bildirir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarət Xidmətinin mətbuat katibi Rövşən Ziya AzVision.az-a açıqlamasında deyib ki, bananın içərisindəki ləkənin qan izi olmasını söyləmək çətindir: "Lakin bir çox göbələk xəstəlikləri zamanı belə rəngli konnidilər meydana gəlir. Bütün hallarda bununla bağlı təmsil etdiyim quruma müraciət daxil olmayıb. Əgər həmin banandan kimdəsə varsa, göndərsin, müayinə edək".

Qurum rəsmisi əlavə edib ki, ölkəyə idxal olunan meyvə-tərəvəz məhsullarının yoxlanıldıqdan sonra idxalına icazə verilir: "Ola bilsin ki, meyvə anbarlarda uzun müddət saxlanıldığı üçün hansısa göbələk xəstəliyinə yoluxub. Vətəndaşlar meyvə-tərəvəz məhsulları alan zaman xoşagəlməz hallarla rastlaşarlarsa, o zaman dərhal Dövlət Fitosanitar Nəzarət Xidmətinə müraciət etsinlər".

Tibb elmləri doktoru, həkim Adil Qeybulla isə təşvişə səbəb olmadığını deyib: "Meyvədə yad cismin yoluxucu xəstəlik olub-olmaması araşdırdıqdan sonra demək olar. Əgər qan laxtasında hepatit və ya QİÇS varsa, bunun ağız vasitəsilə keçməsi mümkün deyil".

Gigiyena və Epidemiologiya Mərkəzinin qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev təşvişə əsas olmadığını, bu barədə yoxlama aparıldıqdan sonra dəqiq diaqnoz qoyula biləcəyini qeyd edib.
Azərbaycanda "qanlı banan" təşvişi