BolgeXeber.Com » Xəbərlər » Prezident İlham Əliyev: "Azərbaycanın xarici maliyyə qurumlarından yardım istəməsi yalandır"

Prezident İlham Əliyev: "Azərbaycanın xarici maliyyə qurumlarından yardım istəməsi yalandır"

29-01-2016, 17:48
Oxunub: 2 661 Prezident İlham Əliyev: "Azərbaycanın xarici maliyyə qurumlarından yardım istəməsi yalandır""Özəlləşdirmə proqramı sahibkarlığın inkişafına güclü dəstək verəcək"

Yanvarın 29-da prezident İlham Əliyev Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşüb.Bolgexeber.com-un məlumatına görə, hazırda iqtisadi sahədə ciddi islahatların aparılmasına böyük ehtiyacın olduğunu deyən prezident İlham Əliyev bildirib ki, gələcək illər innovasiya dövrü olacaq və əsas sözü texnologiyalar deyəcək. Buna görə də neftdən asılılıq tamamilə aradan qaldırılmalı, gənclər də cəmiyyətin bütün işlərində fəal rol oynamalıdırlar.
Dövlət başçısı Azərbaycanın BMT başda olmaqla bütün beynəlxalq təşkilatlarla yüksək əlaqələrə malik olduğunu deyib, gənclərin beynəlxalq təşkilatlarda təmsilçiliyini yüksək qiymətləndirdiyini diqqətə çatdırıb. Prezident İlham Əliyev Azərbaycanın xarici maliyyə qurumlarından yardım istəməsi ilə bağlı son günlərdə xarici mətbuatda gedən yazıların yalan olduğunu bildirib.
Prezident İlham Əliyev yeni iqtisadi şəraitdə həyata keçiriləcək geniş özəlləşdirmə proqramının sahibkarlığın inkişafına güclü dəstək verəcəyini bildirib.