BolgeXeber.Com » Müsahibə-Reportaj » "Şaka" Hindastandan Azərbaycana salamlarını yolladı - FOTO

"Şaka" Hindastandan Azərbaycana salamlarını yolladı - FOTO

30-01-2016, 15:03
Oxunub: 10 555 "Şaka" Hindastandan Azərbaycana salamlarını yolladı - FOTO"Hazırda film çalışmaları ilə yanaşı 80 yaşlı Dharmendra özünün 150 hektarlıq geniş rançosunda fermer təsərrüfatı ilə də məşğul olur"

Qədim və orta əsrlərdə elm, ədəbiyyat, incəsənət sahəsindəki nailiyyətləri, müxtəlif dini və fəlsəfi sistemləri ilə Şərqin bir çox sivilizasiyalarına müsbət təsir göstərmiş ölkələrdən biri də Hindistandır. Sözügedən ölkə daima özünün mədəniyyəti, adət ənənələri və müxtəlif dinləri ilə daima diqqət mərkəzində olub. Azərbaycanlı jurnalist Namiq Qurban bu yaxınlarda məhz yuxarıda sadaladığımız zəngin mədəniyyətə və tarixə malik Hindistanda səfərdə olaraq, orada bir çox mühüm görüşlər keçirib. Jurnalist eyni halda səfər çərçivəsində dünya şöhrətli Bollivud ulduzu hindistanlı aktyor Dharmendra Deolun evində qonaq olaraq, onunla maraqlı söhbətlər aparıb. Namiq Qurban səfərlə bağlı maraqlı və diqqət çəkən məqamlara toxunub.
"Şaka" Hindastandan Azərbaycana salamlarını yolladı - FOTO

"Şaka" Hindastandan Azərbaycana salamlarını yolladı

- Namiq bəy bu yaxınlarda Hindistanda səfərdə olmusunuz. Təəssüratlarınızı bilmək istərdik?

- Hindistan barədə təəssüratlarım bir cavaba sığışmayacaq qədər bol və zəngindir. Hindistan olduqca maraqlı, çoxrəngli, çoxmədəniyyətli və çoxinanclı bir ölkədir. İnsanları isə ünsiyyətə açıq, mehriban və zəhmətsevərdirlər.

- Bir çox dinlərin və mədəniyyətlərin cəmləşdiyi Hindistanda həyat necə təsir bağışlayır insana?
"Şaka" Hindastandan Azərbaycana salamlarını yolladı - FOTO

- Hindistan müxtəlif dinlərin və müxtəlif mədəniyyətlərin qovuşduğu bir məmləkətdir. Çoxmədəniyyətli ölkələrdə həyat daha rəngarəng və daha maraqlı olur. Həqiqətən də bəşəriyyətin müxtəlifliyi bir gözəllikdir. Xatırlayıram, ilk dəfə belə bir mənzərəni 1992-ci ildə Suriyada görmüşdüm. Şamda eyni küçədə məscid, kilsə və senaqoq yerləşirdi. İnsanlar rahat şəkildə bəlli vaxtlarda öz ibadətgahlarına gəlir və ibadət edirdilər. Sonra isə hamı öz işinə-gücünə və ya evinə yollanırdı. İnsanlar bir-biriləri ilə çox rahat ünsiyyət edirdi. Hindistanda da eyni mənzərə ilə rastlaşdım. Şəhərdə məscidlər, pirlər, kilsələr və məbədlər fəaliyyət göstərir. Hər kəs də öz işində və öz inancında. Bu çox gözəl mənzərədir. Bilirsinizmi, əslində pis insan yoxdur, pis xalq, pis millət yoxdur, pis mədəniyyət də yoxdur. Pis olan sadəcə siyasətdir. Dərimizin rəngi, dilimiz, dinimiz fərqli olsa da, yaradılışda hamımız qardaşıq. Zənnimcə, bu dəyər birgə və mehriban yaşamağımız üçün kifayət edər.

- İnsan bu ölkəyə ayaq basarkən ilkin olaraq nə hisslər keçirir?

- Təyyarəmiz gecənin sübhə yaxın bir vaxtında enməyə başladı. İlyuminatordan baxanda aşağıda gözün yetişdiyi hər yerdə sayrışan işıqları görəndə hətta bir az hövlləndim. Bəli. Mumbay bir şəhər deyil. Mumbay bir ölkədir. 25 milyonluq meqapolisdə gecə olmağına baxmayaraq həyat heç səngiməmişdi. Yanvar ayı olmağına baxmayaraq tropik yay istisi, Hind okeanından əsən duzlu və rütubətli külək, tropik ağaclar və bitkilər, fərqli geyimlər,qoxusu hətta küçələri zəbt etmiş çoxədviyyatlı mətbəx, ekzotik meyvələr və s… Sanki nağıllar aləminə düşürsən. Birdən-birə bu qədər yenilik və rəngarənglik insanı vəcdə gətirir. Atalar demiş, yüz eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Hamıya bu gözəllikləri yerindəcə görməyi arzu edirəm.

- Azərbaycanı Hindistanda tanıyırlarmı? Əgər tanıyırlarsa kimlərin sayəsində və necə bir dövlət kimi qiymətləndirirlər?
- Azərbaycan-Hindistan dostluq əlaqələrinin tarixi qədimdir. Həm də bu olduqca geniş mövzudur. Bu mövzuya müdaxilə etməyəcəm. Amma ötən əsrin ortalarında Rəşid Behbudov və Rac Kapur dostluğunu xüsusi vurğulamaq istərdim. Bu dostluq bu gün də bəlli çevrələrdə xatırlanır. Keçmiş Sovet İttifaqının müxtəlif şəhərlərində, o cümlədən Bakıda təhsil almış hindistanlı tələbələr hazırda öz ölkələrində müxtəlif vəzifələrdə çalışırlar. Onlar Azərbaycanı çox gözəl xatırlayırlar. Amma çox əfsus ki, Hindistanın sənaye və mədəniyyət mərkəzi olan Mumbayda ölkəmizin kifayət qədər tanınmağını müşahidə etmədim.

- Hindistanın əfsanəvi aktyoru Dharmendra Deol ilə görüşünüz necə keçdi? Görüşdə əsasən hansı mövzular ətrafında müzakirələr apardınız?
"Şaka" Hindastandan Azərbaycana salamlarını yolladı - FOTO
- Canlı əfsanə Dharmendra Deol 2 gün bizi özünün Mumbaydan 120 km uzaqlıqda olan rançosunda qəbul etdi. Bollivud kralının məşhurluğu və zənginliyi ilə tərs mütənasib olan sadəliyinə, təvazökarlığına heyran olmamaq mümkün deyil. Üstəlik, mehribanlığı və qonaqpərvərliyi də həqiqətən təqdirə layiqdir. Azərbaycana salamlarını və sevgilərini göndərdi. Hətta münasib bir vaxtda Azərbaycana gəlmək arzusunu da bildirdi. Görüşümüzdə hər şeydən danışdıq. Kino sənətindən, həyatdan, siyasətdən, ölkələrimizdən, ən başlıcası isə insan sevgisindən. Bu gün dünyada çatışmayan və çatışmazlığı ilə bir çox problemlərə yol açmış insan sevgisindən. Qeyd edim ki, Dharmendra Deolun qəlbi məhəbbətlə dolu bir insan olduğunu bəlkə də sevənlərinin çoxu bilmir. Elə hazırlamaq istədiyimiz sənədli film də onun şəxsiyyətinin bilmədiyimiz cəhətləri barədədir. Hazırda film çalışmaları ilə yanaşı 80 yaşlı Dharmendra özünün 150 hektarlıq geniş rançosunda fermer təsərrüfatı ilə də məşğul olur. Yediyi çörəyin buğdasını da özü əkir. Hətta bizə inəklərinin südündən hazırladığı nəhrə yağı da ikram etdi.

- Hindistanda olduğunuz müddətdə Azərbaycanı tanıtmaq üçün hansı işlər gördünüz?

- Bizim səfərimiz sırf işgüzar məqsəd daşıyırdı. İki sənədli filmlə bağlı. Biri Dharmendra Deolla, digəri isə Mumbayın rəmzinə çevrilmiş seyid hacı Əli piri barədə. Bu pirin 600 ilə yaxın yaşı var. Daha maraqlısı odur ki, piri nəyinki müsəlmanlar, hətta qeyri-müsəlman hindlilər də ziyarət edir. Bu məscid və pir müxtəlif inanclı hindistanlıların vəhdət rəmziə çevrilib. Hələ Bakıda ikən səfər gündəliyində əlavə görüşlər də planlaşdırmışdıq. Mumbay Universitetində, müxtəlif dini icmalarda görüşlərimiz olmalı idi. Təəssüf ki, vaxtın azlığına görə səfər planımızda ixtisarlar etməyə məcbur olduq. Nəzərə alın ki, Mumbay kimi böyük şəhərdə hansısa bir səmtə getmək saatlarla vaxtınızı alır. Olduğumuz bütün çevrələrdə Azərbaycanı bacardığımız qədər təmsil və tərənnüm etməyə çalışdıq. Azərbaycanı tərənnüm edən hədiyyələrimizi isə rəğbətlə qəbul etdilər. Qarabağ naxışı ilə çərçivələnmiş və üzərində Dharmendranın şəkli toxunmuş xalçaya valeh oldular. Ayrıca, Azərbaycan akademik bəstələrinin albomlarını, öz çayımızı və şirniyyatımızı demirəm. Çox bəyəndilər.



- Azərbaycanın Hindistandakı səfirliyinin oradakı fəaliyyətini necə qiymətləndirirsiniz?

- Hindistan böyük ölkədir. Qısamüddətli ezamiyyətlə səfirliyimizin fəaliyyətinə obyektiv qiymət verəcəyimi düşünmürəm. Həm böyük bir ölkədə müstəqil bir jurnalistin fəaliyyət istiqaməti ilə səfirliyin fəaliyyət istiqaməti kəsişməyə də bilər. Yalnız onu deyə bilərəm ki, xalqlarımızın və mədəniyyətlərimizin yaxınlaşması, dostluğu naminə görüləcək işlər çoxdur. Ən başlıcası isə buna çox münbit bir zəminə var. Yazar həmkarlarıma isə mütləq bu ölkəyə getməyi tövsiyə edirəm. Mövzu baxımından Hindistan bolməhsullu qızıl taxıl zəmisinə bənzəyir.

"Şaka" Hindastandan Azərbaycana salamlarını yolladı

islaminsesi.org
"Şaka" Hindastandan Azərbaycana salamlarını yolladı - FOTO
"Şaka" Hindastandan Azərbaycana salamlarını yolladı - FOTO
"Şaka" Hindastandan Azərbaycana salamlarını yolladı - FOTO
"Şaka" Hindastandan Azərbaycana salamlarını yolladı - FOTO
"Şaka" Hindastandan Azərbaycana salamlarını yolladı - FOTO