BolgeXeber.Com » Sosial » Hər bir isveçrəliyə adi “sağ ola” görə 2500 avro ödəyəcəklər

Hər bir isveçrəliyə adi “sağ ola” görə 2500 avro ödəyəcəklər

1-02-2016, 11:49
Oxunub: 3 566 Hər bir isveçrəliyə adi “sağ ola” görə 2500 avro ödəyəcəklərUşaqlara 625 frankın ödənilməsi nəzərdə tutulur

İsveçrə sakinləri bu yaxınlarda işləyib-işləməməyindən asılı olaraq, hər bir ölkə vətəndaşının 2500 isveçrə frankı (təxminən 2500 avro) almasını nəzərdə tutan təklifi müzakirə etməlidirlər.

Uşaqlara 625 frankın ödənilməsi nəzərdə tutulur, Oxu.Az İnterfaks-a istinadən xəbər verir.

The İndependent yazır ki, federal hökumət bu məsələ ilə bağlı səsvermənin iyunda keçirilməsi qərarına gəlib.

Təşəbbüs dəstəkləndiyi halda İsveçrə vətəndaşlara heç bir şeydən asılı olmayan minimal aylıq gəlirin ödənildiyi ilk ölkə olacaq.

Demoscope hökumətinin tədqiqatları göstərir ki, isveçrəlilərin əksəriyyəti qanun qəbul edildiyi halda belə işləməyə hazırdırlar. Respondentlərin yalnız 2%-i bəyan ediblər ki, ayda 2500 frank alsalar iş yerlərini tərk edəcəklər.

Bununla yanaşı, rəyi soruşulan 1076 nəfərin üçdən biri əmindir ki, qanun qəbul olunsa digər vətəndaşlar işləməyəcəklər. Bununla yanaşı, sorğuda iştirak edənlərin 56%-i layihənin təsdiqlənməyəcəyini güman edir.

Qərar müsbət rəy aldığı təqdirdə isə bu təşəbbüs İsveçrə büdcəsinə ildə 208 milyard franka başa gələcək. Vəsaitin 150 milyardı dövlətin vergi gəlirləri, 55 milyardını isə sosial sığorta fondları vasitəsilə örtmək planlaşdırılır.
Bolgexeber.com